Hesablama Palatasının 10 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir

Noyabrın 2-də Hesablama Palatasının 10 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.
Konfransda Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia, Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Cozef Ouen, Türkiyə, Rusiya, Ukrayna, Moldova və Qazaxıstandan nümayəndələr iştirak etmişlər.
Azərbaycanın dövlət himni səsləndikdən sonra Palatanın 10 illik fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur.
Hesablama Palatasının sədri Heydər Əsədov yüksək mükafatlara və Palatanın fəaliyyətinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Sədr demişdir ki, Palatanın yaradılması ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və 1999-cu ildə qəbul edilmiş "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda, 2002-ci ildə Azərbaycanın müvafiq qanunu ilə təsdiq edilmiş "Hesablama Palatasının Daxili Nizamnaməsi"ndə əksini tapmışdır. Palatanın fəaliyyətə başlaması və inkişafı ilə respublikada kənar dövlət maliyyə nəzarəti institutunun əsası qoyulmuş, səmərəli maliyyə nəzarəti sisteminin təşəkkül tapması istiqamətində mühüm addımlar atılmışdır. Qurum dövlət maliyyə-büdcə nəzarətini həyata keçirmək üçün dövlət orqanları və təşkilatlarla ilkin əlaqələr qurmaq, Ali Audit Qurumlarının beynəlxalq və regional təşkilatlarına üzv olmaq, bir sıra xarici ölkələrin müvafiq orqanları ilə ikitərəfli əməkdaşlıq əlaqələri yaratmaq məqsədi ilə kompleks işlər görmüşdür.
Palata ayrı-ayrı ölkələrin Ali Audit qurumlarını birləşdirən beynəlxalq təşkilatlara, o cümlədən INTOSAI, EUROSAI, ASOSAI, ECOSAI-ya üzv qəbul edilmiş, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə, İran, Küveyt, Böyük Britaniya, Belarus ali maliyyə nəzarəti orqanları ilə ikitərəfli işgüzar əməkdaşlıq sazişləri imzalamışdır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununa 2008-ci ildə edilmiş dəyişikliklər və əlavələr Palatanın dövlət maliyyə nəzarəti sistemində rolunun gücləndirilməsində mühüm əhəmiyyət daşımış, maliyyə pozuntuları ilə mübarizədə ona daha çox hüquqlar vermişdir.
İclas iştirakçıları yubiley münasibətilə təbriklərini çatdırmış, Palatanın fəaliyyətini yüksək qiymətləndirərək, 10 il ərzində aparılan təşkilati, nəzarət-audit, analitik və metodoloji işlər nəticəsində maliyyə pozuntuları və korrupsiya ilə mübarizədə əhəmiyyətli nəticələr əldə etdiyini diqqətə çatdırmışlar.
Konfransda xarici tərəfdaşların təbrik məktubları oxunmuşdur.
Palatanın kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Sonda qonaqlar xatirə şəkilləri çəkdirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında