TAP layihəsinin icraçı direktoru: Qarşıdakı illərdə Cənub-Şərqi Avropa ölkələrində enerji daşıyıcılarına tələbat artacaqdır

Transadriatik boru kəməri (TAP) layihəsi Azərbaycanın "Şahdəniz" yatağından və digər Xəzəryanı mənbələrdən hasil olunan qazın Avropaya nəqlini texniki cəhətdən etibarlı, rentabelli və kommersiya tələblərinə cavab verən şəkildə həyata keçirə biləcək yeganə marşrutdur. 
Bu sözləri TAP layihəsinin icraçı direktoru Kyetil Tunqland Brüsseldə Cənub-Şərqi Avropada iqtisadi artım və qaza tələbat mövzusuna həsr olunmuş birinci forumda bildirmişdir.
O demişdir ki, "Şahdəniz" konsorsiumu müvafiq qərar qəbul etdikdən sonra TAP-ın reallaşması və Cənub-Şərqi Avropa ölkələrinin İonik və Adriatik boru kəmərlərinə qoşulması tezliklə reallaşa bilər.
K.Tunqland Cənub-Şərqi Avropanın Xəzər qazına qoşulmasının regionun enerji mənbələrinin şaxələnməsinə və əsl ümumavropa qaz bazarının yaranmasına səbəb olacağını qeyd etmişdir.
Transadriatik boru kəməri öz başlanğıcını Yunanıstandan götürəcək, Albaniya ərazisindən və Adriatik dənizindən keçərək İtaliyayadək uzanacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında