Müstəqil Dövlətlər Birliyi ölkələrinin Vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin Koordinasiya Şurasının 13-cü iclası keçirilmişdir

Oktyabrın 27-də Bakıda "Kempinski Badamdar" hotelində Müstəqil Dövlətlər Birliyi ölkələrinin Vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin Koordinasiya Şurasının 13-cü iclası keçirilmişdir.
Tədbirdə Azərbaycan, Belarus, Ukrayna, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Tacikistan respublikalarının, həmçinin müşahidəçi qismində Litva və Latviyanın vergi və hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri iştirak edirlər.
Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra Şəhidlər Xiyabanına gələrək şəhidlərimizin xatirəsini anmışlar.
Daha sonra Azərbaycan vergilər nazirinin müavini Namiq Əliyev və MDB İcraiyyə Komitəsinin Cinayətkarlıqla mübarizə şöbəsinin rəisi Anatoliy Bekeşenko Koordinasiya Şurasının 13-cü iclasının iştirakçılarını salamlamışlar.
Tədbiq iştirakçılarına Azərbaycanın siyasi və iqtisadi uğurları barədə məlumat verən Namiq Əliyev bu yaxınlarda ölkəmizdə dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün geniş qeyd edildiyini, ötən müddətdə sosial - iqtisadi sahələrdə böyük uğurlar qazanıldığını diqqətə çatdırmış, vergi sistemində həyata keçirilən islahatlardan danışaraq vergi sistemində reallaşdırılan layihələrin ölkə hüdudlarından kənarda da böyük maraqla qarşılandığını bildirmişdir. Beynəlxlalq əməkdaşlıq məsələlərinə daim önəm verildiyini vurğulayan N.Əliyev Vergilər Nazirliyinin digər təşkilatlarla yanaşı, Vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin Koordinasiya Şurasının fəaliyyətində də yaxından iştirak etdiyini söyləmiş, bu iclasın da ölkələr arasında əməkdaşlığın gücləndirilməsi, vergi hüquqpozmaları ilə birgə mübarizə tədbirlərinin səmərəliliyinin artırılması üçün növbəti addım olacağına inandığını bildirmişdir.
İclasda Rusiya Federasiyasının daxili işlər nazirinin müavini İqor Alyoşin Vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin Koordinasiya Şurasının sədri seçilmişdir. Sonra tədbir iştirakçıları MDB məkanında iqtisadi təhlükəsizliyinin qorunmasında şuranın rolu, 12-ci iclasda qəbul edilən qərarların icra vəziyyəti, korrupsiya ilə mübarizə sahəsində MDB ölkələrinin vergi (təhqiqat) orqanlarının fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də MDB ölkələrinin vergi (təhqiqat) orqanlarının cinayətkarlıqla mübarizə, birgə xüsusi əməliyyatlar və əməliyyat-axtarış fəaliyyətlərinin həyata keçirilməsi sahəsində fəaliyyətlərini müzakirə etmişlər.
İclasda Şuranın Əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı Hökumət Başçıları Şurasının qərarının layihəsinə və MDB iştirakçısı olan dövlətlərin cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq edən strukturlarının rəhbərlərinin daimi əsasda fəaliyyət göstərən Koordinasiya Müşavirəsinin yaradılması və həmin Müşavirənin əsasnaməsinin təsdiq edilməsi barədə qərar layihələrinə baxılmışdır.
Müzakirə olunan əsas məsələlər sırasında əqli mülkiyyət hüquqlarının qorunması problemləri, saxta və keyfiyyətsiz məhsulların dövriyyəsinin qarşısının alınması, eləcə də keyfiyyətli məhsulların istehsalını təşviq edən tədbirlərin hazırlanması da yer almışdır.
Azərbaycan vergilər nazirinin müavini Namiq Əliyev və Koordinasiya Şurasının sədri İqor Alyoşin mətbuat üçün qısa bəyanatla çıxış etmiş, KİV nümayəndələrinin suallarını cavablandırmışlar.
Xatırladaq ki, vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin Koordinasiya Şurasının təsis iclası 1999-cu ilin may ayında Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçirilmişdir. Həmin iclasda vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin Koordinasiya Şurasının MDB-nin sahəvi strukturu kimi tanınması barədə qərarın layihəsinin MDB Hökumət Başçıları Şurasına təqdim edilməsi qərara alınmış, MDB Hökumət Başçıları Şurasının 30 noyabr 2000-ci il tarixli qərarı ilə Vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin Koordinasiya Şurası yaradılmışdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında