Hava şəraiti pambıq yığımını yenə ləngitdi

Ötən həftə ölkədə havanın qeyri-sabit keçməsi pambıqçıların işinə yenə əngəl törədib. Belə ki, yeddi gün ərzində tarlalardan cəmi 6124 ton "ağ qızıl" toplamaq mümkün olub. Bu, əvvəlki həftə ərzində tədarük olunan məhsuldan 3134 ton azdır. Saatlı və Biləsuvar rayonları pambıq yığımındakı qabaqcıllıqlarını əldən vermirlər. 
Dövlət Statistika Komitəsinin oktyabr ayının 24-nə olan məlumatına görə, keçən həftə Biləsuvar rayonunda 1161 ton, Saatlı rayonunda isə 990 ton pambıq tədarük olunmuşdur. Hər iki rayon yığımın ümumi miqdarına görə respublikada irəlidə gedir. Hesabat dövrünədək Saatlıda 5976 hektar sahədən 8255 ton, Biləsuvarda isə 8984 hektardan 7377 ton "ağ qızıl" yığılmışdır.
Hava şəraitinin eyni olmasına baxmayaraq, Saatlının qonşuluğundakı Sabirabad və İmişli rayonlarında pambıq tədarükü bir-birindən fərqlidir. Keçən həftə Sabirabadda 3150 hektar sahədən vur-tut 366 ton, İmişlidə isə 3119 hektardan cəmi 393 ton pambıq yığılmışdır. Hər iki rayonun qonşuluğunda yerləşən Kürdəmirdə həftə ərzində 19 ton məhsul tədarük olunmuşdur ki, bu da mövcud imkanlardan qat-qat aşağıdır. Eyni sözlər Cəlilabad, Hacıqabul, Ağdaş, Göyçay, Samux, Ucar, Zərdab, Füzuli, Ağsu və Ağdam rayonlarına da aiddir. Həmin rayonlarda pambığın tez və itkisiz yığılması, demək olar ki, başlı-başına buraxılmışdır.
Nəzərə alsaq ki, payız fəslinin yağmurlu, sırsılalı günləri çox olur, onda quraq keçən hər andan maksimum dərəcədə istifadə etməklə pambıq yığımını tez bir zamanda başa çatdırmaq lazımdır. Bunun üçün bütün qüvvələr səfərbər edilməlidir. Hələlik oktyabrın 24-dək ölkədə 42829 hektar sahədən 39472 ton "ağ qızıl" yığılmışdır.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında