Pambıq yığımının sürəti artır

Bundan əvvəlki materialımızda yazmışdıq ki, havaların yığım üçün əlverişsiz keçməsi pambıq tədarükündə bir sıra çətinliklər yaratmışdır. Fermerlər və fərdi torpaq sahibkarları tarlalarda bol məhsul yetişdirsələr də onu tez və itkisiz yığmaqda işçi qüvvəsinin azlığı üzündən əziyyət çəkirlər. Qeyd etmişdik ki, əlaqədar təşkilatlar, pambıq əkən rayonların icra hakimiyyətləri, bələdiyyələr məhsul yığımında fermerlərə hərtərəfli kömək göstərməlidirlər. Son bir həftə ərzində yığılan pambığın miqdarı göstərir ki, bu istiqamətdə müəyyən işlər görülmüşdür.
Əgər oktyabr ayının birinci həftəsində respublikamızın 23 rayonunda mövcud olan 42829 hektar pambıq sahəsindən cəmi 6926 ton məhsul yığılmışdısa, ötən həftə bu rəqəm 9258 tona qalxmışdır. Biləsuvar və Saatlı rayonlarının pambıqçıları məhsul tədarükündə yenə də nümunəvi işləri ilə fərqlənirlər. Dövlət Statistika Komitəsinin oktyabrın 17-nə olan məlumatından görünür ki, son bir həftə ərzində biləsuvarlılar tarlalardan 1531 ton, saatlılar isə 1477 ton "ağ qızıl" yığmışlar. Ağcabədi rayonunda 1003 ton, İmişlidə 652 ton, Yevlaxda 651 ton, Bərdədə 630 ton və Goranboyda 603 ton pambıq tədarük edilmişdir. Beyləqan və Tərtər rayonlarında isə məhsul yığımı 500 tondan yuxarı olmuşdur.
Pambıq yığımının əvvəlindən bəri Saatlı rayonunda 7265 ton, Biləsuvarda 6216 ton, İmişlidə 2508 ton, Ağcabədidə 2391 ton, Sabirabadda 2224 ton, Bərdədə 2180 ton "ağ qızıl" tədarük olunmuşdur. Məhsul yığımında daha altı rayon min tonluq həddi arxada qoymuşdur. Respublika üzrə isə bu rəqəm 33348 tona çatmışdır. İndi qarşıda duran əsas vəzifə yığımıın sürətini azaltmamaqdan ibarətdir.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında