Vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsində sahibkarların ictimai təşkilatlarının rolu artır

Oktyabr ayının 19-20-də Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində sahibkarların ictimai təşkilatlarının nümayəndələri üçün "Vergi ödəyicilərinə göstərilən xidmətlər-məlumatlandırma, maarifləndirmə və təbliğat işində sahibkarların ictimai təşkilatlarının rolunun artırılması" layihəsinin təqdimatı olmuşdur.
Tədbirdə vergi ödəyicilərini təmsil edən sahibkarların ictimai təşkilatlarının, o cümlədən, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Amerika-Azərbaycan Ticarət Palatası, TUSIAB, Banklar Assosiasiyasi, ATIB, Qadın Sahibkarlar Assosiasiyası, Azad İstehlakçılar Birliyi, Tacirlər və İstehsakçılar Birliyi, Sığortaçılar Assosiasiyalarının və digər ictimai təşkilatların nümayəndələri iştirak etmişlər. Layihəni ictimaiyyətin nümayəndələrinə təqdim edən Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər və vergi ödəyicilərinə xidmət sahələri üzrə nazirin müşaviri Ələkbər Məmmədov qeyd etmişdir ki, Vergilər Nazirliyi vergi mühitinin yaxşılaşdırılması, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi, həmçinin vergi sistemində innovativ islahatların aparılması məqsədilə məqsədyönlü tədbirlər həyata keçirir. Təqdim olunan layihə məhz vergi siyasətinin təbliğində və vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətin ünvanlı olmasının təmin edilməsində sahibkarların ictimai təşkilatlarının rolunun artırılmasını nəzərdə tutur. Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev, Vergi Tədris Mərkəzinin rəisi Yaşar Kəlbiyev, Vergi Ödəyicilərinə Xidmət İdarəsinin rəis müavini Elçin Məmmədov vergi qanunverciliyi və inzibatçılığının təşkili, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergilər sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işində sahibkarların ictimai təşkilatlarının rolu, nəzarət-kassa aparatları və pos-terminallardan istifadənin təşviqi, vergi ödəyicilərinin vergi xidmətlərindən istifadə imkanlarının təmin olunması mövzularında məruzələr etmişlər.
Sahibkarların və istehlakçıların ictimai təşkilatlarının nümayəndələri təqdim olunan mövzular ətrafında müzakirələrdə çıxış edərək təkliflərini bildirmişlər.
Sonda tədbirdə iştirak edən bütün sahibkarlar adından Vergilər naziri Fazil Məmmədova müraciət qəbul olunmuşdur.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında