Dövlət enerji nəzarəti idarəsinin Kürdəmir regional sektoru üçün yeni bina istifadəyə verilmişdir

Sənaye və Energetika Nazirliyi dövlət enerji nəzarəti idarəsinin Kürdəmir regional sektoru üçün yeni inzibati bina istifadəyə vermişdir. Şəhərin ən gözəl tikililərindən olan bina ikimərtəbəlidir. Lazımi inventar və avadanlıqlarla təchiz edilmiş binada rahat iş şəraiti yaradılmışdır. Regional sektor 8 rayonda nəzarət işlərini həyata keçirəcəkdir.
İnzibati binanın istifadəyə verilməsi ilə əlaqədar açılış mərasimi keçirilmişdir. Energetiklərin, habelə rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı mərasimin iştirakçıları və qonaqlar əvvəlcə Heydər Əliyev parkında ümummilli liderimizin heykəli önünə gül qoymuşlar.
Mərasimi rayon icra hakimiyyəti başçısının iqtisadiyyat məsələləri üzrə müavini Arzu Şahbazov açmış, son illər Kürdəmirdə həyata keçirilən geniş tikinti-quruculuq işlərindən danışmışdır.
Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov, sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov mərasimdə çıxış etmişlər. Natiqlər ümummilli liderimiz Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət enerji siyasətindən, onun böyük nəticələrindən danışaraq, ölkəmizdə enerjiyə olan tələbatın tam ödənildiyini diqqətə çatdırdılar.
Uğurlu neft-qaz siyasəti, əlavə və alternativ enerji mənbələrinə diqqət Azərbaycanı artıq regionun nüfuzlu bir dövlətinə çevirmişdir. Prezident İlham Əliyevin ölkə əhalisini 24 saat fasiləsiz enerji ilə təchiz edilməsinə dair tapşırığı müvəffəqiyyətlə həyata keçirilmişdir.
Çıxışlarda enerjinin istehsalı, nəqli, istehlak məsələlərinə nəzarətin vacibliyi qeyd olunmuş, bu sahədə dövlət enerji nəzarəti idarəsinin regional sektorlarının xüsusi rolundan danışılmışdır.
Göstərilmişdir ki, bu sahədə işlərin daha yaxşı təşkili məqsədi ilə regional sektorlar üçün yeni binalar tikilir, lazımi avadanlıqlarla təchiz olunur. Artıq respublikada 8 yeni inzibati bina istifadəyə verilmişdir. Daha 3 binanın inşasına başlanılacaqdır.
Tədbirin axırında rəmzi qırmızı lent kəsilmiş, qonaqlar binanı gəzmiş, yaradılmış şəraitlə tanış olmuşlar.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında