Maliyyə Nazirliyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd olunmuşdur

Maliyyə Nazirliyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. 
Nazir Samir Şərifov Azərbaycanın 20 il ərzində qazandığı nailiyyətlər barədə geniş məlumat vermiş, ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, inkişafında və dünyada tanınmasında misilsiz rolundan bəhs etmişdir. O, müdrik dövlət xadimi Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən danışaraq bildirmişdir ki, Azərbaycanda siyasi sabitlik və sürətli inkişafın təməli məhz ulu öndər tərəfindən qoyulmuşdur. Ötən 20 ildə Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamaqla yanaşı, sosial-iqtisadi inkişaf sürətinə görə qabaqcıl ölkələr sırasına çıxdığını fərəh hissi ilə qeyd edən nazir bu nailiyyətlərin heç də asanlıqla əldə olunmadığını, ölkəmizin mürəkkəb və şərəfli yol keçdiyini vurğulamışdır.
Ulu öndərin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında davam etdirildiyini vurğulayan S.Şərifov, qısa zaman kəsiyində ölkənin iqtisadi potensialının dəfələrlə yüksəldiyini diqqətə çatdırmışdır. Nazir qeyd etmişdir ki, müstəqillik dövründə dövlətin funksiya və vəzifələrinin yerinə yetirilməsində xüsusi rolu olan büdcənin idarə olunması üçün beynəlxalq standartlara cavab verən qanunvericilik və normativ hüquqi baza yaradılmış, büdcə xərclərinin konkret tədbirlər əsasında proqnozlaşdırılmasına başlanılmış, dövlət büdcəsinin təkmilləşdirilməsi sahəsində mühüm nailiyyətlər qazanılmışdır. Bu dövrdə aparılmış büdcə-vergi siyasəti ölkənin orta və uzun müddət üçün prioritetlərini özündə birləşdirən siyasi və sosial-iqtisadi xəttinin həyata keçirilməsinə, ölkənin milli maraqlarının beynəlxalq miqyasda təmin edilməsinə, istehsal və sosial infrastrukturların müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının yaxşılaşdırılmasına güclü maliyyə təminatı yaratmış, dövlət və icmal büdcələri dövlətin əsas maliyyə mənbəyinə çevrilmişdir.
Qeyd olunmuşdur ki, 2011-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 1991-ci illə müqayisədə 74,5 min dəfə artaraq 15554,2 milyon manata, xərcləri isə 82,9 min dəfə artaraq 15941,2 milyon manat təşkil etmişdir. Sosial təyinatlı tədbirlərin maliyyələşdirilməsinə 1991-ci ilə nisbətən 41,5 min dəfə çox vəsait ayrılmaqla 2011-ci ildə bu tədbirlərin maliyyələşməsinə 3901,2 milyon manat nəzərdə tutulmuşdur.
Nazir əlavə etmişdir ki, 100-ə yaxın ölkədə sorğu aparan nüfuzlu Beynəlxalq Büdcə Əməkdaşlığı Təşkilatının "Açıq Büdcə İndeksi" hesabatında da Azərbaycanın dövlət büdcəsi şəffaflıq sahəsində həyata keçirdiyi islahatlara görə müsbət qiymətləndirilmişdir.
Sonra Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiklərinə görə nazirliyin 5 əməkdaşı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. Daha 11 nəfər Maliyyə Nazirliyi sistemində uzunmüddətli səmərəli fəaliyyətləri və peşəkarlıqlarına görə "Azərbaycan Respublikası maliyyə nazirinin təşəkkürnaməsi"nə layiq görülmüşlər.
Tədbirin sonunda Azərbaycanın son 20 ildə qazandığı uğurlardan bəhs edən film göstərilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında