Maliyyə Nazirliyi 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələrini təqdim etmişdir

Maliyyə Nazirliyi ilk dəfə olaraq 2012-ci ilin dövlət və icmal büdcələrinin layihələrini Azərbaycan Prezidentindən əvvəl ictimaiyyətə təqdim etmişdir. 
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin makroiqtisadi proqnozlarına görə, 2013-cü ildə ölkədə ümumdaxili məhsulun (ÜDM) artım tempi 5,1 faiz, 2014-cü ildə 7,7 faiz, 2015-ci ildə isə 6,5 faiz olacaqdır. Özəl sektorun ÜDM-də payı həmin illərdə müvafiq olaraq 83,1; 84,6; 86 və 86,8 faiz gözlənilir.
Bununla yanaşı, 2012-ci ildə neft sektorunda real artım tempi 1,5 faiz, 2013-cü ildə 0,2 faiz, 2014-cü ildə 7,1 faiz, 2015-ci ildə isə 2,8 faiz proqnozlaşdırılır. Qeyri-neft sektorunda isə bu göstəricilər müvafiq olaraq 8,6 faiz, 7,7 faiz, 8,1 və 8,3 faizdir.
2012-ci ilə adambaşına düşən ÜDM real artımı 4,4 faiz olmaqla 4743,5 manat həddində proqnozlaşdırılır ki, bu da 2010-cu ilə nisbətən 1,9 faiz, 2011-ci ilin proqnozuna nisbətən isə 1,2 faiz çoxdur.
Hazırda valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 65 faizdən çoxdur. İlin sonunadək isə bu rəqəmin 75 faizə çatacağı proqnozlaşdırılır. 2011-ci ilin 8 ayında ölkənin valyuta ehtiyatları (Mərkəzi Bankın, Dövlət Neft Fondunun və Maliyyə Nazirliyinin vəsaitləri) 40,5 milyard dolları ötmüşdür ki, bu da ölkənin 4 illik mal və xidmətlərin idxalına kifayət edir.
Makroiqtisadi proqnozlara əsasən, 2011-ci ilə inflyasiyanın səviyyəsi 9,8 faiz, 2012-ci ilə 6 faiz təşkil edəcəkdir.
Ölkə üzrə əhalinin işsizlik səviyyəsi 1,6 dəfə, yoxsulluq səviyyəsi isə 4,9 dəfə azalmışdır. Son 7 ildə əhali gəlirlərinin artımı 4,5 dəfə olaraq inflyasiya səviyyəsini (1,9 dəfə) keçmiş, beləliklə, əhalinin gəlirləri real ifadədə 2,3 dəfə artmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında