"Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının və milli məkan məlumatları infrastrukturunun rolu" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir

Bakıda "Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının və milli məkan məlumatları infrastrukturunun rolu" mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfrans keçirilir. 
Konfransda 20-dən çox ölkənin 90-a yaxın nümayəndəsi, Azərbaycanın bir sıra dövlət və hökumət nümayəndələri iştirak edirlər.Tədbirdə ölkəmizdə bu sahədə indiyədək görülmüş işlər, dünyada həyata keçirilən layihələr, xarici və yerli mütəxəssislər tərəfindən geniş təqdimatlar nəzərdə tutulur.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tədbiri açaraq, Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsindən ötən 20 ildə qazanılmış nailiyyətlərdən danışmışdır. O bildirmişdir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılan dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi ictimai münasibətlərin əsasını təşkil edən mülkiyyət münasibətləri bazar iqtisadiyyatı prinsipləri istiqamətində inkişaf etdirilmişdir. Ölkəmizdə əmlak münasibətləri və bununla bağlı idarəçilik məsələləri yeni və səmərəli əsaslarla qurulmuşdur. Müstəqillik illərində reallaşdırılan sosial-iqtisadi islahatların nəticəsi olaraq Azərbaycanda əmlak münasibətlərində ciddi dəyişikliklər baş vermişdir. Ölkədə əmlak üzərində xüsusi mülkiyyət ənənəsi bərpa edilmişdir. Qəbul olunmuş dövlət proqramları əsasında aparılan genişmiqyaslı özəlləşdirmə Azərbaycanda əmlaka sahibliyin yeni strukturunun formalaşması ilə nəticələnmişdir. Bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında sosial-iqtisadi münasibətlərin bütün sahələrində olduğu kimi, əmlak idarəçiliyində də son dövrlər əhəmiyyətli institusional və qanunvericilik islahatları aparılmışdır. Əsas hədəf kimi əmlak sahiblərinin hüquqlarının təmin edilməsi sahəsində köklü addımlar atılmışdır. Bütün bu ardıcıl tədbirlər ölkəmizdə sürətli iqtisadi inkişafın təmin edilməsində əmlak münasibətlərinin rolunu daha da artırmışdır.
Konfransda Prezident Administrasiyasının şöbə müdiri Mayil Rəhimov, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Dünya Bankının məsul işçisi Jan de Jank və başqaları çıxış edərək son 20 ildə Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurlardan, eyni zamanda, son illərdə əmlak bazarındakı canlanmanın investisiya prosesinin daha da sürətlənməsinə göstərdiyi müsbət təsirdən danışmışlar.
Xatırladaq ki, konfransda daşınmaz əmlakın vahid kadastrı və milli məkan məlumatları infrastrukturuna dair beynəlxalq təcrübə, institusional və qanunvericilik aspektləri, bu sahədə inkişafa dair konsepsiya təklifləri, ölkəmizin bu istiqamətdə regionda aparıcı mövqeyinin qərarlaşması məsələləri müzakirə olunacaqdır.
Konfransın sonunda əmlak idarəçiliyinə dair beynəlxalq və xarici ölkələrin təcrübələrinin təhlili əsasında Azərbaycan üçün məqbul ola bilən inkişaf konsepsiyası üzrə təkliflər də hazırlanacaq.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında