"Statoil" şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Norveçin "Statoil" şirkətinin rəhbər nümayəndələri ilə görüşmüşdür.
Görüş zamanı "Statoil" şirkətinin nümayəndələri Azərbaycanda yeni kəşf olunan qaz yataqlarında hasilat işlərinin aparılmasında və ümumiyyətlə, yeni yataqların kəşfində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildiriblər. Şirkət rəsmiləri qeyd ediblər ki, "Statoil" Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir.
Avropaya qazın nəqli, Azərbaycanın bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlığı və s. məsələlər geniş müzakirə olunmuşdur.
Xatırladaq ki, "Statoil" şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəməri (8,71%), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (kommersiya operatoru - 25,5%) və "Şahdəniz" qaz yatağının işlənməsi layihəsinin (kommersiya operatoru-25,5%) səhmdarıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında