Azərbaycan iqtisadiyyat sahəsində aparılan islahatlara görə MDB məkanında birinci sıradadır

Oktyabrın 4-də Bakıda Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə investorlar yarmarkası keçirilmişdir. 
"Azərbaycanda artıq borclanmaya qarşı mübarizə" mövzusunda keçirilən tədbirdə mikromaliyyə təşkilatlarının və bankların nümayəndələri iştirak etmişlər.
AMFA-nın icraçı direktoru Jalə Hacıyeva bildirmişdir ki, tədbirin məqsədi üzvlər, səhmdarlar və donorlar arasında daha sıx əlaqə yaratmaqdır. Vurğulanmışdır ki, mikromaliyyənin Azərbaycanda yoxsulluğun aradan qaldırılmasında, regional sosial-iqtisadi, kiçik və orta sahibkarlığın inkişafı sahəsində mühüm rolu vardır.
AMFA-nın idarə heyətinin sədri Süleyman Kələşov məlumat vermişdir ki, hazırda Azərbaycanda 19 qeyri-bank kredit təşkilatı vardır. Həmin təşkilatlar ölkənin 66 rayonunda 150-yə yaxın filial vasitəsilə 160 min müştəriyə xidmət göstərir. Bu təşkilatların ümumi kredit portfeli 250 milyon manatdır.
Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə çıxış edərək bildirmişdir ki, hazırda Azərbaycan iqtisadiyyat sahəsində aparılan islahatlara görə MDB məkanında birinci sıradadır. Səfir Azərbaycanda Mərkəzi Bank tərəfindən aparılan maliyyə islahatlarının da təqdirəlayiq olduğunu demişdir. Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün böyük potensialın mövcudluğunu qeyd edən səfir, ABŞ-ın Azərbaycanda bu sahənin inkişafına öz töhfəsini vermək niyyətində olduğunu vurğulamışdır.
Azərbaycan Mərkəzi Bankının baş direktoru Rəşad Orucov mikromaliyyə sektorunun inkişafının əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, müştərilərin həddən artıq borclanmasının qarşısını almaq məqsədilə ötən il Azərbaycanda "Bank olmayan kredit təşkilatları haqqında" qanun qəbul edilmişdir. Qanun qəbul edildikdən sonra 6 qeyri-bank kredit təşkilatına lisenziya verilmişdir.
Rəşad Orucov məlumat vermişdir ki, qeyri-bank kredit təşkilatının 60 faizi Mərkəzi Kredit Reyestr Xidmətinə qoşulmuşdur.
Tədbirdə "Mikromaliyyə sektorunda müştəri mühafizəsi və ədalət", "Mikromaliyyədə kommersiya məqsədli və dayanıqlı təkrarmaliyyə" və digər mövzularda müzakirələr aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında