Nəqliyyat və rabitə müəssisələrində orta aylıq əmək haqqı yüksəlir

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bildirir ki, cari ilin birinci rübündə nəqliyyat və poçt müəssisələrində çalışan muzdlu işçilərin sayı 73,7 min nəfər təşkil etmişdir. Onların 82,2 faizi dövlət müəssisələrində, 17,8 faizi özəl bölmədə çalışır. İşçilərin 55 faizi yerüstü və boru kəməri, 13 faizi su, 13,3 faizi hava nəqliyyatı, 11,8 faizi köməkçi və əlavə nəqliyyat, 6,9 faizi isə poçt fəaliyyəti göstərən müəssisələrdə cəmləşmişdir.
2010-cu ilin yanvar-mart aylarında nəqliyyatçıların orta aylıq əmək haqqı 353,1 manat olmuşdur. Bu göstərici hava nəqliyyatında 665,3 manat, dəniz nəqliyyatında 521,6 manat, avtomobil nəqliyyatında 347,4 manat, dəmir yolu nəqliyyatında isə 189,9 manat təşkil etmişdir. Əmək haqqının artımı dəniz nəqliyyatında 4,5 faiz, hava nəqliyyatında 12,7 faiz olmuşdur.
Telekommunikasiya müəssisələrində işləyənlərin sayı 24 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 2,6 faiz artaraq 491,8 manat olmuşdur.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında