"Nabucco Gas Pipeline International GmbH" şirkətinin icraçı direktoru Reynhard Mitçek qazın Azərbaycan və digər mənbələrdən Avropaya nəqli üçün ən yaxşı ixrac marşrutunu "Nabukko"nun təklif etdiyini bildirmişdir.

"Nabukko" "Cənub dəhlizi"ndə Avropanın əsas layihəsi olub kommersiya cəhətdən real və rəqabətə davamlıdır. 
O, qeyd etmişdir ki, "Nabukko" təchizatçılar və nəqliyyat müştəriləri üçün sərfəli təklif irəli sürür.
Xatırladaq ki, "Nabukko" qaz kəməri Xəzər regionundan təbii qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Avropaya ixracı üçün nəzərdə tutulur. Bu məqsədlə yaradılan "Nabucco Gas Pipeline İnternational GmbH." konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), "Transgaz" (Rumıniya), "Bulgargaz" (Bolqarıstan), "BOTAŞ" (Türkiyə) və RWE (Almaniya) şirkətləri daxildir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında