Müstəqillik dövründə Mərkəzi Bank Azərbaycanda maliyyə sabitliyinin qorunmasına və iqtisadi inkişafa dəstək vermişdir

Mərkəzi Bankda Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibətilə tədbir keçirilmişdir. 
Bankın mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə müstəqillik dövründə ölkənin sosial-iqtisadi nailiyyətləri və görülən işlər barədə danışılmışdır.
Bildirilmişdir ki, XX əsrdə ikinci dəfə müstəqilliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu, bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması məqsədi ilə yeni ictimai-siyasi və sosial-iqtisadi sistemə transformasiya obyektiv zərurətə çevrilmişdir. Müstəqilliyin ilk illərində ölkənin ərazi bütövlüyünün qorunması, ictimai təhlükəsizliyin və sosial-iqtisadi rifahın təmin edilməsi ilə yanaşı, bazar iqtisadiyyatı sisteminin əsaslarının qurulması kimi mühüm vəzifələr qarşıda dayanırdı.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində bütün çətinliklərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində böyük quruculuq işləri həyata keçirilmişdir. Özəl mülkiyyət münasibətlərinin əsasını qoyan özəlləşdirmə islahatlarının başlanması, habelə zəngin enerji ehtiyatlarının səmərəli istifadəsi və idarə olumasını nəzərdə tutan qlobal və regional əhəmiyyətli neft-qaz strategiyasının yaradılması və uğurla reallaşdırılması yeni iqtisadi quruculuq işinin ana xəttinə çevrilmişdir.
Bu quruculuq dövrlərində iqtisadi siyasətin başlıca istiqamətini yeni iqtisadi münasibətlərə keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Dövlət müstəqilliyinin qazanılmasından sonra ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən maliyyə institutlarına üzv olmuşdur. Beləliklə, müstəqilliyin ilk dövrlərindəki iqtisadi tənəzzül sonradan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü ilə əvəz olunmuşdur.
Ulu öndərin müəyyənləşdirdiyi strategiyanın layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində dövlət quruculuğunun yeni mərhələsi başlamış, iqtisadiyyatın müasirləşməsinə, qeyri-neft sektorunun inkişafına nail olunmuş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, regionların inkişafı sürətləndirilmişdir. Həyata keçirilən sosialyönümlü siyasət və layihələr nəticəsində əhalinin sosial rifahı xeyli yaxşılaşmışdır.
Çıxış edən digər natiqlər vurğulamışlar ki, hazırda həyata keçirilən yeni iqtisadi doktrina sayəsində ölkə yoxsulluq probleminə qalib gəlmiş, yoxsulluq həddi 4,5 dəfə azalaraq 11 faizə düşmüşdür. Milli iqtisadiyyat hər il orta hesabla 19 faiz artmaqla öz həcmini 5 dəfədən çox böyütmüşdür. Neft strategiyasının uğurlu realizasiyası milli ixracın 12 dəfə artmasına imkan vermişdir.
Bu illər ərzində müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsində fəal iştirak edən Mərkəzi Bank da ölkədə dayanıqlı maliyyə sisteminin bərqərar olmasına, makroiqtisadi sabitliyin, o cümlədən maliyyə sabitliyinin qorunmasına və iqtisadi inkişafa dəstək vermişdir.
Ölkə iqtisadiyyatının mühüm və ayrılmaz hissəsi kimi bank sektoru hazırda inkişaf dinamikasını qoruyur, maliyyə vasitəçiliyi funksiyalarını daim dərinləşdirir və qeyri-neft sektorunun, sahibkarlığın inkişafına daha təsirli dəstək verir. Həyata keçirilən institusional və infrastruktur tədbirləri nəticəsində sistemin xarici investorlar üçün cəlbediciliyi artır.
Sonda əminliklə bildirilmişdir ki, Prezident İlham Əliyevin uğurlu siyasət kursu nəticəsində ölkəmiz daim müstəqil və güclü dövlət kimi inkişaf edəcəkdir. Azərbaycan Mərkəzi Bankının kollektivi də bu inkişaf yolunda öz üzərinə düşən vəzifələrin uğurla yerinə yetirilməsi üçün bundan sonra da əzmlə çalışacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında