bp şirkəti Azərbaycana investisiya qoyuluşunu iki dəfə artırmağı planlaşdırır

Böyük Britaniyanın bp şirkəti Azərbaycana daha 20 milyard funt-sterlinq (təxminən 31 milyard dollar) investisiya yatırmaq niyyətindədir.
"APA-ECONOMICS"in xəbərinə görə, bu barədə Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi naziri Çarlz Hendri Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirmişdir. Onun sözlərinə görə, Azərbaycana investisiyalar yatıran ölkələr sırasında Böyük Britaniya birinci yeri tutur: "Azərbaycana yatırılan investisiyanın 50 faizdən çoxu məhz Böyük Britaniya şirkətlərinə məxsusdur".
İnvestisiyanın əsasən neft-qaz sahəsinə yatırıldığını bildirən nazir qeyd edib ki, Böyük Britaniya Azərbaycanda maliyyə, tikinti sənayesi və digər sahələrə də sərmayə qoymaq niyyətindədir: "Gələcəkdə Azərbaycana investisiyaları genişləndirmək niyyətindəyik. bp şirkəti indiyədək Azərbaycana 20 milyard funt-sterlinq həcmində vəsait yatırıb, gələcəkdə əlavə 20 milyard funt-sterlinq həcmində sərmayə qoymaq nəzərdə tutulur. Bunun sayəsində boru kəmərləri infrastrukturu genişləndiriləcək, ölkədə neft-qazın hasilatının təhlükəsizlik məsələləri bir qədər də yaxşılaşacaq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında