Sabirabad kooperativlərin yaradılmasında öncüldür

Milli Məclisin aqrar siyasət komitəsinin üzvləri Sabirabadda olmuşlar

{nl}

Sentyabrın 28-də Milli Məclisin aqrar siyasət komitəsinin üzvləri və qanunu hazırlayan ekspert qrupu Sabirabad rayonunun Çölbeşdəli və Axısxa kəndlərində təşkil edilmiş istehsal kooperativlərının üzvləri ilə görüşdülər.
Hər iki tədbiri Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq görüşün əhəmiyyətindən danışdı. 1996-cı ildə ulu öndər Heydər Əliyevin həyata keçirdiyi aqrar islahatlardan geniş söhbət açan N.İsmayılov hazırlanan "Kooperativlər haqqında" Qanunun mükəmməl olması üçün bu görüşlərin çox faydalı olacağını bildirmişdir.
Əsas məqsədlərinin Milli Məclisdə ilk oxunuşdan keçmiş "Kooperativlər haqqında" qanunun daha işlək və faydalı olması üçün yenicə yaranmış kooperativ üzvlərinin fikir və mülahizələrini öyrənməkdən ibarət olduğunu deyən aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qanun lahiyəsi barədə geniş məlumat verərək gələcəkdə kənd təssərüfatının inkişafında kooperativlərın böyük əhəmiyyət kəsb edəcəyini xüsusi vurğuladı.
Sonra geniş fikir mübadiləsi oldu. Axısxa istehsal kooperativinin sədri Hətəmşah Məcidov mövcud çətinliklərdən danışaraq rəhbərlik etdiyi ictimai təsərrüfatda 71 ailənin birləşdiyini və 307 hektar əkin sahəsinin olduğunu dedi, torpağın meliorativ cəhətdən yaxşılaşdırılması, keyfiyyətli toxumun əldə olunması, istehsal edilmiş məhsulların bazara çıxarılması, emal müəssisələrinin yaradılması sahəsində qarşılaşdıqları problemləri qeyd etdi.
Çölbeşdəli kənd istehsal kooperativinin sədri İlyas Nağdəliyev öhdələrində 450 hektar torpaq sahəsinin olduğunu və yüksək məhsuldarlığa nail olmaq üçün kooperativə maliyyə dəstəyinin vacibliyini qeyd etdi.
Kənd sakinləri Teymurbəy Seyidov, Murad Coşqunov söz alaraq uzun illər rahat yol üzünə həsrət qaldıqlarından, dövlət başçısının tapşırığı ilə iki ay öncə onların kəndlərinə də asfalt yol çəkilməsindən iftixarla söz açaraq bütün bunlara və həmçinin Sabirabadı böyük abadlıq və quruculuq meydanına çevirdiyinə görə əhali adından ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər. Onlar rayonda əsl işgüzarlıq əhval-ruhiyyəsi yaratdığına görə yeni rəhbərliyə də razılıqlarını çatdırdılar.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında