Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası iqtisadi komissiyasının VIII iclasında əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur

Sentyabrın 29-da Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası iqtisadi komissiyasının VIII iclası keçirilmişdir. 
Azərbaycan Respublikası tərəfdən sənaye və energetika naziri Natiq Əliyevin, Qazaxıstan Respublikası tərəfdən neft və qaz naziri Sauat Mınbayevin həmsədrliyi ilə keçən iclasda iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, komissiyanın 2010-cu il noyabrın 4-də keçirilən VII iclasından sonra görülmüş işlər barədə müzakirələr aparılmışdır.
Tədbirdə nazir Natiq Əliyev bildirmişdir ki, tarixən dost və qardaş ölkələr olan Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Bu əlaqələrin inkişaf etdirilməsində dövlət başçılarının qarşılıqlı səfərləri böyük əhəmiyyət daşıyır. Bu səfərlər zamanı imzalanan sənədlər isə əməkdaşlığımızın prioritet istiqamətlərini müəyyən edir. Qeyd olunmuşdur ki, Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi ötən il 342 milyon dollara, bu ilin altı ayında isə 150 milyon dollara bərabər olmuşdur. Ancaq ölkələrimizin potensialını nəzərə alsaq, bu göstərici çox aşağıdır. Buna baxmayaraq, ticarət əlaqələrinin artırılması üçün böyük perspektivlər vardır. Neft-qaz, kənd təsərrüfatı, nəqliyyat, turizm, səhiyyə, təhsil, humanitar və digər sahələrdə qarşılıqlı əməkdaşlıq bu əlaqələrin möhkəmlənməsinə və ticarət dövriyyəsinin artmasına gətirib çıxaracaqdır.
Sonra çıxış edən nazir Sauat Mınbayev Azərbaycan ilə əlaqələrə böyük önəm verdiklərini və hökumətlərarası komissiyanın bu əməkdaşlığın inkişafında böyük rol oynadığını vurğulamışdır. Qeyd etmişdir ki, böyük yeraltı sərvətlərə malik olan ölkələrimiz energetika sahəsində əməkdaşlıq edir və bu əməkdaşlıq digər istiqamətlərdə də uğurla davam etdirilə bilər. Bunun üçün perspektiv sahələr də mövcuddur. Hazırda "Transxəzər" layihəsi üzərində iş davam etdirilir. Qazaxıstan, həmçinin Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalında da maraqlıdır.
İki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunduğu iclasın sonunda Azərbaycan-Qazaxıstan hökumətlərarası iqtisadi komissiyasının VIII iclasının protokolu imzalanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında