Almaniya hökuməti Azərbaycanın bank sektorunun inkişafına dəstək verir

"Hyatt Regency" otelində Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF), Almaniyanın KfW və GBDS qurumları nümayəndələrinin iştirakı ilə "Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun son üç il ərzindəki inkişafı - Almaniya Hökuməti tərəfindən KfW Bankı vasitəsilə birgə maliyyələşdirilən layihə" mövzusunda mətbuat konfransı keçirildi. 
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov son üç il ərzində KfW və GBDS-lə birgə görülən işlər barədə ətraflı məlumat verdi. O, son dövrlərdə sığorta qanunvericiliyində dəyişikliklər üçün təkliflər hazırlandığını söylədi. Qeyd olundu ki, həmin dəyişikliklər qəbul olunduqdan sonra, gələcəkdə fərdi sahibkarların da əmanətləri sığortalanacaq.
A.Cavadov həmçinin dəyişikliklər qəbul olunduqdan sonra banklardan diferensial təqvim haqlarının toplanmasına keçiləcəyini də diqqətə çatdırdı. Bunun üçün xüsusi təqvim proqramının hazırlandığını deyən icraçı direktor vurğuladı ki, təklif olunan dəyişikliklərdə əmanətçilərə verilən kompensasiya müddətinin 14 günədək azaldılması da nəzərdə tutulub.
KfW bankının nümayəndəsi Gerald Hübner (layihə meneceri) öz nitqində 2007-ci ildə yaradılmış ADİF-in Azərbaycanın maliyyə sektorunun inkişafına, habelə əhalinin banklara olan etibarının artmasında, Almaniya Hökumətini təmsil edən KfV Bankının dəstəyinin müsbət təsirindən danışdı.
Xatırladaq ki, 2010- cu il iyunun 1-dən ADİF-ə üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.
Hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
Mətbuat konfransında KfW bankının nümayəndələri Mixael Mörşel (şöbə direktoru), Kurt Ştrasser (layihə meneceri), Natiq Abdullayev (Bakı ofisinin nümayəndəsi), Leyla Məmmədova (Bakı ofisinin koordinatoru), GBDS nümayəndəsi Byorn Kristian Ştayn (ekspert), Mərkəzi Bankın nümayəndəsi Əliyar Məmmədyarov, Əmanətlərin Sığortalanması Fondu icraçı direktorunun müavini Ramil Tahirov iştirak etdilər.
Sonda tədbir iştirakçıları jurnalistlərin suallarına cavab verdilər.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında