Saatlı və Biləsuvar pambıqçıları nümunə göstərirlər

Hər dəfə pambıq yığımı başlananda sanki havanın üzü dönür. Günəşli günlər əvəzinə, daha çox yağmurlu hava hakim kəsilir. Bunu yaxşı bilən təcrübəli pambıqçılar əlverişli anlardan səmərəli istifadə edərək məhsul yığımını səngiməyə qoymurlar. Saatlı və Biləsuvar rayonlarının pambıqçıları nümunəvi işləri ilə sübut edirlər ki, buludlu keçən günlərdə də yığım aparmaq mümkündür. Son iki həftə ərzində hər iki rayonun fermerləri və fərdi torpaq sahibkarları tarlalardan daha çox pambıq yığmaqla başqalarına örnək olmuşlar.
Bol "ağ qızıl" yetişdirməkdə Saatlı rayonu həmişə fərqlənib. Burada pambığın, necə deyərlər, "dilini" bilən usta təsərrüfatçılar çoxdur. Onlar müstəqilliyimizin iyirminci ilində rayon üzrə 5976 hektar sahədə pambıq yetişdirmişlər. Sentyabr ayının 12-dən 26-na kimi tarlalardan 2709 ton məhsul yığan Saatlı pambıqçıları respublikada ən yüksək nəticəyə nail olmuşlar. Məhsul yığımının əvvəlindən bəri burada 3960 ton yüksək keyfiyyətli "ağ qızıl" tədarük olunmuşdur.
Sentyabr ayının 26-sı vəziyyətinə Dövlət Statistika Komitəsinin hazırladığı məlumatda məhsul yığımının ümumi miqdarına görə ikinci yerdə Biləsuvar rayonunun fermerləri və fərdi torpaq sahibkarları gedirlər - 2859 ton. Son iki həftə ərzində tarlalardan 2067 ton pambıq yığılmışdır. Biləsuvarla qonşu olan Cəlilabad rayonunda məhsul yığımına hələ başlanmamışdır. Neftçala, Salyan, İmişli rayonlarında isə Biləsuvara nisbətən pambıq zəif yığılır. Eyni sözləri Saatlının qonşusu olan Sabirabad, Kürdəmir, Hacıqabul rayonları haqqında da demək olar.
Qarabağ bölgəsini əhatə edən rayonlarda da "ağ qızıl" ləng yığılır. Məhz bunun nəticəsidir ki, son ondörd gün ərzində respublikada pambıqçılıqla məşğul olan 23 rayonda cəmi 11095 ton məhsul tədarük olunmuşdur. Yığım mövsümü başlanandan ölkə üzrə cəmi 14610 ton pambıq tədarük edilmişdir ki, bu da nəzərdə tutulduğundan xeyli azdır.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında