Azərbaycan regionun ən sürətlə inkişaf edən qüdrətli ölkəsinə çevrilmişdir

Sentyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. 
Dövlət müstəqilliyimizin bərpasının böyük tarixi nailiyyət olduğunu vurğulayan kənd təsərrüfatı naziri İsmət Abasov ötən 20 ildə Azərbaycanın əldə etdiyi uğurlardan, o cümlədən aqrar sahənin inkişafından danışmışdır. Bildirmişdir ki, iyirmi il bundan əvvəl, oktyabrın 18-də xalqımızın tarixində böyük hadisə baş vermiş, Azərbaycan yenidən dövlət müstəqilliyini qazanmışdır. Müstəqilliyin bərpasının ilk illərində ciddi problemlərlə üzləşən, təxribat və təcavüzə məruz qalan Azərbaycan, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin səyi ilə qısa müddətdə sabitlik əldə etmişdir. Uğurlu neft strategiyası, həyata keçirilən iqtisadi islahatlar ölkəni inkişaf yoluna çıxarmışdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən sürətlə inkişaf edən qüdrətli ölkəsinə çevrilmişdir.
Nazir diqqətə çatdırmışdır ki, ölkəmizdə əsasını ulu öndər Heydər Əliyevin qoyduğu aqrar islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına aqrar sahə işçiləri də öz töhfəsini verir.
Çıxış edənlər ötən 20 ildə Azərbaycanın keçdiyi inkişaf yolundan, aqrar sahənin tərəqqisindən, ulu öndərin aqrar sahənin inkişafındakı xidmətlərindən söz açmışlar.
Qeyd edilmişdir ki, ötən əsrin 70-ci illərində təkcə bol nefti və pambığı ilə deyil, soyuducuları və kondisionerləri ilə də tanınan Azərbaycan əsrin sonunda Heydər Əliyevin sayəsində ən irimiqyaslı iqtisadi layihələrin təşəbbüsçüsü və iştirakçısına çevrilmişdir. 1993-cü ildə ulu öndər xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda ölkənin iqtisadiyyatı tənəzzülə uğramışdı. Sənaye müəssisələri işləmir, sabitsizlik isə xarici investorları ölkəyə gəlməkdən çəkindirirdi.
Belə bir vəziyyətdə Heydər Əliyev Azərbaycanda sosial-iqtisadi inkişaf üzrə strategiyanı həyata keçirməyə başladı. 1995-ci ildən etibarən ölkədə makro-iqtisadi sabitlik yarandı. Hazırda aqrar islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında