Bakıda QİƏT PM-in mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 37-ci iclası keçirilmişdir

Azərbaycan parlamentinin deputatı komitənin sədri seçilmişdir

{nl}

Sentyabrın 28-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QİƏT PM) mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 37-ci iclası keçirilmişdir. 
İclasda Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan, Rumıniya və digər üzv ölkələrin parlamentlərinin deputatları, eləcə də Mərmərə Fondunun nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov qonaqları parlament rəhbərliyi adından salamlamış, tədbirin Bakıda keçirilməsini yüksək qiymətləndirmişdir. O demişdir ki, Azərbaycanın artan iqtisadi gücü, imici daha böyük tədbirlərə ev sahibliyi etməyimizə imkan verir.
V.Ələsgərov Azərbaycanda iqtisadiyyat, təhsil, mədəniyyət və sosial sahələrdə həyata keçirilən islahatlar barədə məlumat vermişdir. Bildirilmişdir ki, son 7-8 ildə Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf etmişdir. Azərbaycan dövləti xoşbəxt gələcəyin elmin, təhsilin inkişafında olduğunu bilir və buna görə də ən böyük sərmayələr insan kapitalına yönəldilmişdir. Vətəndaşların təhsil, mədəniyyət, səhiyyə və digər sosial problemləri daim diqqət mərkəzindədir. Bunu dövlət büdcəsindən həmin sahələrə ayrılan vəsaitlərdən də görmək olar. Təkcə bu ilin dövlət büdcəsindən təhsilə ayrılan xərclər bəzi qonşu ölkələrin ümumi dövlət büdcəsinə bərabərdir.
Milli Məclis sədrinin müavini xüsusi vurğulamışdır ki, Azərbaycanda təhsilə, mədəniyyətə göstərilən diqqət və qayğı digər ölkələr üçün nümunə ola bilər.
V.Ələsgərov komitənin işinə uğurlar arzulamış, qəbul olunacaq qərarların QİƏT-ə üzv olan ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə və ümumi məqsədlərə xidmət edəcəyinə əminliyini ifadə etmişdir.
Komitə sədrinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Jalə Əliyeva komitənin fəaliyyəti, bugünkü iclasın gündəliyi barədə məlumat verdikdən sonra iclasın gündəliyi və 36-cı iclasın protokolu təsdiq edilmişdir.
Sonra Rumıniya Senatının üzvü Aleksandru Mazere "QİƏT-ə üzv olan dövlətlərdə fasiləsiz təhsil" adlı məruzə ilə çıxış etmişdir.
Məruzə ətrafında Türkiyə, Rusiya, Ukrayna və Azərbaycan nümayəndə heyətlərinin üzvləri çıxış etmişlər. Qeyd edilmişdir ki, son illər dünyada baş verən qlobal maliyyə böhranı təhsil sahəsində də ciddi problemlər yaratmışdır. Bəzi ölkələrdə fasiləsiz təhsil sistemi pozulmuş, ibtidai, ali təhsildə boşluqlar yaranmışdır. Uşaqların əməyə cəlb olunması halları artmışdır. Çıxışlarda bu cür hallara qarşı mübarizənin gücləndirilməsinin, təhsilin inkişafı ilə bağlı xüsusi strategiyanın hazırlanmasının vacibliyi vurğulanmışdır.
Sonda məruzə nəzərə alınmış, səslənmiş rəy və təkliflər də ümumiləşdirildikdən sonra sənədin QİƏT PM-nin bu ilin noyabrında Tiranada keçiriləcək Baş Assambleyasında müzakirəyə çıxarılması qərara alınmışdır. Aleksandru Mazere Baş Assambleyada məruzəçi təyin olunmuşdur.
Sonra gündəliyə uyğun olaraq təşkilatı məsələlərə baxılmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Jalə Əliyeva komitənin sədri seçilmişdir.
Türkiyədən və Rumıniyadan olan deputatlar isə komitə sədrinin müavinləri seçilmişlər.
Tədbirin sonunda komitənin 38-ci iclasının gələn ilin martında Sofiyada keçirilməsi qərara alınmışdır.
Bununla da iclas öz işini başa çatdırmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında