Şirvan şəhərində kənd təsərrüfatı nazirinin iştirakı ilə müşavirə keçirilmişdir

Kənd təsərrüfatı naziri İsmət Abasov baş vermiş təbii fəlakət nəticəsində kənd təsərrüfatı məhsulları istehsalçılarına dəymiş ziyanın müəyyən edilməsi, onlara əməli kömək göstərilməsi məqsədi ilə Şirvan şəhərində müşavirə keçirmişdir.
Tədbirdə nazirliyin şöbə müdirləri, əlaqədar strukturların rəhbərləri iştirak etmişlər.
Məlumat verilmişdir ki, təbii fəlakət nəticəsində respublikanın ayrı-ayrı rayonlarına dəymiş ziyanı aradan qaldırmaq üçün nazirin əmri ilə qərargah yaradılmışdır. Qərargah üzvləri Şirvan şəhərinə, Sabirabad, Saatlı, İmişli, Salyan, Ucar və Zərdab rayonlarına ezam olunmuşlar. Onlar üç gün ərzində rayonlara dəymiş ziyan barədə hesabat hazırlayıb təqdim edəcəklər.
İsmət Abasov bildirmişdir ki, ziyan dəymiş vətəndaşlara kompensasiyalar ödəniləcəkdir. Dəymiş ziyanın miqdarı müəyyənləşdirildikdən sonra dövlət başçısının tapşırığına əsasən vətəndaşlara kompensasiyaların ödənilməsi həyata keçiriləcəkdir.
Nazir demişdir ki, ilkin məlumatlara görə, təsərrüfatlara məxsus 51 min hektar əkin sahəsini su basmışdır. Təbii fəlakət nəticəsində ölkənin bazarlarında qıtlıq da yarana bilər. İndiki halda bir çoxları vəziyyətdən sui-istifadə edərək qiymətləri süni şəkildə qaldırırlar. Bu, yolverilməzdir və qarşısı qətiyyətlə alınmalıdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında