ABŞ şirkətləri Azərbaycana sərmayə yatırmaqda maraqlıdırlar

Sentyabrın 28-də Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə arasında görüş keçirilmişdir. 
Klubun prezidenti və baş icraçı direktoru Telman Əliyev qurumun fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki, 2002-ci ilin iyununda yaradılmış CEIBC dünyanın 50 ölkəsindən 500-dən çox şirkəti birləşdirir. Mütəmadi olaraq dövlət orqanlarının rəhbərləri ilə klubun üzvləri arasında görüşlər keçirilir. Bu görüşlərdə tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparırlar.
Ölkəmizin investisiya imkanlarının getdikcə genişləndiyini qeyd edən M.Brayzə vurğulamışdır ki, Azərbaycanın necə güclü bir tərəfdaş olduğunu anladıqca ABŞ şirkətləri burada müxtəlif sahələrə sərmayə yatırmağa daha böyük həvəs göstərirlər. Diplomat demişdir: "Biz CEIBC ilə əməkdaşlığın gücləndirilməsində maraqlıyıq".
Son yeddi ildə Azərbaycanın iqtisadiyyatının sürətlə artdığını, yoxsulluğun səviyyəsinin 49 faizdən 9 faizə endiyini vurğulayan diplomat ümumdaxili məhsulun 80-85 faizinin özəl sektorun payına düşməsini müsbət qiymətləndirmişdir.
M.Brayzə Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın rəqabətə davamlılığa görə dünyada 56-cı yerdə, MDB dövlətləri arasında isə lider olmasını da yüksək qiymətləndirmişdir. İqtisadiyyatın şaxələndirilməsinin ölkəyə sərmayələrin axınına səbəb olduğunu deyən səfir Azərbaycanda korrupsiya əleyhinə mübarizənin gücləndirilməsini də təqdir etmiş, bu işlərin davamlı şəkildə aparılmasının vacibliyini vurğulamışdır.
Ölkələrimiz arasında əlaqələrə toxunan M.Brayzə bildirmişdir ki, ABŞ şirkətlərinin Azərbaycana investisiya yatırmaları üçün əlverişli şərait vardır. Son illər iqtisadiyyatın bir sıra sahələri - nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları (İKT), kənd təsərrüfatı inkişaf edir. İKT sahəsində əməkdaşlığımız daha da genişləndirilməlidir.
Görüşdə ABŞ səfirinə klubun fəxri üzvlük diplomu təqdim olunmuşdur.
Sonda M.Brayzə CEIBC-in üzvlərini maraqlandıran sualları cavablandırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında