Azərbaycan Dövlət Neft Fonduna 60 milyard dollardan çox vəsait daxil olmuşdur

"APA-ECONOMICS"in xəbərinə görə, bu gün Sənaye və Energetika Nazirliyinin təşkilatçılığı ilə Bakıda "Azərbaycanın dövlət müstəqilliyi: sənaye-energetika kompleksi yeni zirvələrə doğru" adlı dəyirmi masa keçirilmişdir.
Tədbirdə çıxış edən ARDNF-ın icraçı direktoru Şahmar Mövsümov qeyd edib ki, müstəqillik dövründə ölkəmizdə bir sıra nəql marşrutları, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərləri inşa olunmuşdur.
ARDNF-ın 1999-cu ildə yaradıldığını deyən Ş.Mövsümov bildirib ki, fond 270 milyon dollar məbləğində vəsaitlə yaradılıb. Hazırda isə fondun vəsaiti 32 milyard dollara çatdırılmışdır: "Ümumiyyətlə, fəaliyyəti dövrü ərzində fonda 60 milyard dollardan çox vəsait daxil olub. Bunun yarısı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, gənclərin xaricdə təhsil alması və s. layihələrin icrasında istifadə olunub, yarısı isə fondun hesabında saxlanılır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında