Avropa İttifaqı: "Qaz kəməri Azərbaycan və Türkmənistan ərazisindən keçəcəkdir və Xəzərin statusu məsələsindən asılı olmayaraq, digər Xəzəryanı dövlətlərin tikintiyə mane olmağa haqqı yoxdur"

Avropa İttifaqı Azərbaycanda və Türkmənistanda hasil olunan qazı birbaşa idxal etmək istərdi, buna görə də Transxəzər qaz kəməri Avropaya lazımdır. Lakin Brüssel Xəzər dənizi akvatoriyasının bölgüsü haqqında mübahisələrə toxunmayacaqdır və yekun müqaviləsində bu barədə bircə söz belə olmayacaqdır. 
Almaniyanın Deutshce Welle agentliyi bildirir ki, bu fikri Avropa komissarı Günter Ottingerin energetika məsələləri üzrə rəsmi nümayəndəsi Marlen Holtsner söyləmişdir.
Holtsner demişdir: "Bizim fikrimiz belədir ki, Xəzər akvatoriyasının bölgüsü haqqında mübahisələr Transxəzər qaz kəmərinin tikilməsi məsələsinə təsir göstərməyəcəkdir. Nə üçün? Ona görə ki, boru Azərbaycan və Türkmənistan ərazisindən keçəcəkdir və Xəzərin statusundan asılı olmayaraq, digər Xəzəryanı dövlətlərin bu tikintini dayandırmağa haqqı yoxdur. Söhbət yalnız ondan gedir ki, biz ekoloji təhlükəsizliyin təmin edilməsi məsələlərində həmin dövlətlərin fikirləri ilə hansı dərəcədə hesablaşmalıyıq. Əlbəttə, tikinti özü ən yüksək, o cümlədən ekoloji baxımdan yüksək keyfiyyət standartlarına müvafiq olacaqdır. Bundan əlavə, əlbəttə biz digər Xəzəryanı ölkələrin fikirləri ilə də hesablaşacağıq, ümumiyyətlə belə hallarda qəbul edildiyi kimi".
Onun sözlərinə görə beynəlxalq hüquq qaydalarına uyğun olaraq gələcək layihənin ekoloji aspektləri ilə əlaqədar məsələlərdə qonşu ölkələrin öz fikrini bildirmək və bu fikrin eşidilməsi imkanı vardır. M. Holtsner demişdir: "Mən bir daha vurğulayıram, onların həlledici səsi yoxdur, yalnız məşvərətçi səsi vardır. Biz də Transxəzər qaz kəmərinin tikintisi barədə məhz bu şərtlər daxilində razılığa gəlməyə hazırlaşırıq. Buna oxşar hadisəni yada salın: "Şimal axını" kəmərinin tikintisi dövründə bu qaz kəmərinin çəkilməsinin ekoloji nəticələri tədqiq edilmişdir. Kəmərin bilavasitə yaxın keçdiyi ölkələrə nəinki bu kəmərin tikintisi barədə məlumat verilmişdi, hətta onlar öz qeydlərini demək imkanı əldə etmişdilər. Onların bütün iradları nəzərə alınmışdır".
M. Holtsner onu da qeyd etmişdir ki, Transxəzər qaz kəmərinin tikintisinə dair danışıqlarda Avropa ömründə ilk dəfə "bir səslə" çıxış edəcəkdir. Bu, o deməkdir ki, Avropa Komissiyası tarixdə ilk dəfə Avropa İttifaqının hüdudlarından kənarda energetika layihəsinin həyata keçirilməsi barədə Aİ üzvü olan bütün 27 ölkənin adından danışıqlar aparacaqdır. Bizim tərəfimizdən bu danışıqlarda şəxsən Avropa komissarı Günter Ottinger iştirak edəcəkdir. Danışıqlara qeyri-formal hazırlıq çoxdan aparılır. Biz Azərbaycanın və Türkmənistanın bizimlə danışıqlar aparmaq arzusunu bilirik. Biz aşağıdakı parametrlər barəsində razılığa gəlməyə hazırlaşırıq: borunun uzunluğu, Bakı və Aşqabad tərəfindən malgöndərmələrin həcmlərinin nisbəti, ekoloji aspektlər, investisiyaların qorunması. Təbii ki, tikintini Avropa İttifaqı özü deyil, Aİ tenderində qalib gəlmiş özəl şirkətlər aparacaqlar.

{nl}

Pərvanə QARAYEVA, AzərTAc-ın xüsusi müxbiri
Praqa


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında