Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq və Gömrük Əməkdaşlığı Komitəsinin 10-cu iclası öz işinə başlamışdır

Sentyabrın 19-da Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq və Gömrük Əməkdaşlığı (MARİƏ) Komitəsinin 10-cu iclası öz işinə başlamışdır. 
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və MARİƏ-nin birgə təşkil etdiyi tədbirdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Pakistan, Monqolustan və Çinin gömrük xidməti əməkdaşları, Asiya İnkişaf Bankı və əlaqədar beynəlxalq təşkilatların mütəxəssisləri iştirak edirlər.
DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev tədbirin əhəmiyyətindən danışaraq bildirmişdir ki, bu artıq ənənəvi tədbirdir. Tədbirdə müzakirə olunacaq ən vacib məsələlər gömrük sahəsində yeni modellərin, yeni informasiya texnologiyalarının və əsasən "bir pəncərə" sisteminin sərhəddə rəsmiləşdirmə zamanı tətbiqi, ticarətin asanlaşdırılması məsələləridir.
Ümumiyyətlə, "bir pəncərə" sistemi bir çox ölkələrdə tətbiq olunur. Azərbaycan bu sistemin tətbiqi üzrə ən nümunəvi ölkə hesab olunur.
Komitə sədri məlumat vermişdir ki, iclas başa çatdıqdan sonra sentyabrın 21-də tədbir iştirakçıları "bir pəncərə"prinsipinin tətbiqini canlı müşahidə etmək üçün Xaçmaz Gömrük İdarəsinin "Samur" sərhəd-keçid məntəqəsinə səfər edəcəklər.
Dünya Gömrük Təşkilatının (DGT) texniki attaşesi Takaşi Matsumoto bildirmişdir ki, DGT-nin əsas məqsədi qlobal səviyyədə ticarəti sadələşdirmək və təhlükəsizliyini təmin etməkdir. Bu məqsədin reallaşması üçün belə tədbirlərin təşkili çox əhəmiyyətlidir. Azərbaycanda gömrüyün bu sahədə fəaliyyəti təqdirəlayiqdir. Belə ki, həyata keçirilmiş layihələr nəticəsində qaçaqmalçılıq və digər gömrük sahəsində hüquqpozma faktları azalır, ticarətin sadələşdirilməsi sahəsində böyük irəliləyiş vardır və dövlət büdcəsinə gəlirlər artır.
İki gün davam edəcək iclasda 7 plenar sessiya keçiriləcəkdir.
Eyni zamanda, Gömrük Əməkdaşlığı Komitəsinin prioritet sahələri, sərhəd xidmətlərinin regional təkmilləşdirilməsi, ticarətin asanlaşdırılması üzrə ortamüddətli layihələr müzakirə ediləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında