Mühasiblərin və auditorların III Avrasiya Forumunun iştirakçıları Heydər Əliyev Fondu ilə tanışlıqdan zəngin təəssüratlarla ayrılmışlar

Bakıda keçirilmiş mühasiblərin və auditorların III Avrasiya Forumunun iştirakçıları sentyabrın 17-də Heydər Əliyev Fondunu ziyarət etmişlər.
Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun tarixi, məqsədləri barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.
Fond genişmiqyaslı layihələr həyata keçirməklə görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.
Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərmişlər.
Bildirilmişdir ki, ulu öndərin əsasını qoyduğu uğurlu inkişaf strategiyası Azərbaycanın qüdrətinin artmasına, onun regionda lider dövlətə çevrilməsinə səbəb olmuşdur.
Eyni zamanda, qonaqlara ulu öndərimizin ölkəmizdə auditin inkişafındakı xidmətləri barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, Azərbaycanda "Audit xidməti haqqında" Qanunun qəbul edilməsi və bunun əsasında ölkədə audit sisteminin formalaşıb inkişaf etməsi bilavasitə ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu qanunun qəbul olunması ümummilli liderimiz Heydər Əliyevin demokratik dünya dəyərlərinə sədaqətinin, bazar iqtisadiyyatı infrastrukturları sistemində auditə verdiyi dəyər və əhəmiyyətin parlaq təzahürü idi.
Qonaqlar fondun xatirə kitabına ürək sözlərini yazmışlar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömrü, zəngin irsi, eləcə də fondun fəaliyyəti barədə dolğun məlumat aldıqlarına görə minnətdarlıqlarını bildirən qonaqlar fondla tanışlıqdan zəngin təəssüratla ayrılmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında