Payız əkininə hazırlıq görülür

Azərbaycan Respublikasının müstəqilliyinin yubiley ilində 2,3 milyon tondan çox taxıl istehsal edən fermerlər və fərdi torpaq sahibkarları gələn il bu rəqəmi 3 milyon tona çatdırmaq üçün payız əkininə nümunəvi hazırlıq görürlər.
Onlar qarşıya qoyulan məqsədə çatmaq üçün əkin sahələrini genişləndirməyi, sırf taxılçılıqla məşğul olan kəndli-fermer təsərrüfatlarının yaradılmasını qərara almışlar. Bu məqsədlə 200 min hektar yeni suvarılan torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ölkədə taxıl istehsalını 3 milyon tona çatdırmaq üçün kompleks tədbirlər hazırlanaraq həyata keçirilməyə başlanmışdır.
Kompleks tədbirlərə dərin plantaj şumundan tutmuş, yüksək məhsuldar toxum fondu yaradılması, keyfiyyətli mineral gübrələr əldə edilməsi, ilboyu bol su təminatı, yeni müasir texnikaların alınıb taxılçıların ixtiyarına verilməsi daxildir. Bundan əlavə, səpin vaxtı bütün işlər mütəxəssislərin ciddi nəzarəti altında həyata keçiriləcəkdir. Hazırda əkin üçün nəzərdə tutulan sahələrdə dərin plantaj şumu aparılır: Sentyabr ayının 1-i vəziyyətinə respublikada cari ilin payızlıq əkinləri üçün 213796 hektar sahə şumlanmışdır. Bu, keçən ilin müvafiq dövründə şumlanan sahələrdən 123,9 faiz çoxdur.
Sahələrin vaxtında keyfiyyətlə şumlanmasında Aran iqtisadi rayonu (90444 hektar), Dağlıq Şirvan iqtisadi rayonu (35539 hektar), Şəki-Zaqatala iqtisadi rayonu (30938 hektar) irəlidə gedirlər. Taxıl istehsalında zəngin təcrübə qazanmış Şəki, Cəlilabad, Neftçala, Ağcabədi, Şamaxı, Qobustan rayonlarının və Naxçıvan Muxtar Respublikasının mexanizatorları sahələrin şumlanması, payız əkininin optimal müddətdə başa çatdırılması üçün bütün imkanları səfərbərliyə almışlar.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında