Bakıda Azərbaycan-Rusiya biznes-forumu keçirilmişdir

Həştərxan vilayətinin qubernatorunun Azərbaycan Respublikasına səfəri çərçivəsində "Hyatt Regency" hotelində Azərbaycan-Rusiya biznes-forumu keçirilmişdir. 
İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasında İxracın və İnvestisiyaların Təşviqi Fondu tərəfindən təşkil edilmiş biznes-forumda Həştərxan vilayətinin ticari-iqtisadi imkanlarının təqdimatı olmuşdur.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov qonaqları təqdim etmiş, Azərbaycanın investisiya imkanları barədə onlara məlumat verərək qeyd etmişdir ki, Rusiya Federasiyası ilə Azərbaycanın əlaqələri yüksələn xətt üzrə inkişaf edir, bununla əlaqədar, Federasiyanın konkret subyekti ilə əlaqələrin də inkişaf etdirilməsi çox vacibdir.
Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində respublika iqtisadiyyatı dinamik inkişaf edir, Rusiya ilə ticari-iqtisadi münasibətlər prioritet məsələyə çevrilmişdir.
Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan ilə iqtisadi əlaqələrin və əməkdaşlığın gələcək inkişafının perspektivləri barədə məlumat vermişdir. Qubernator qeyd etmişdir ki, Rusiya Federasiyasının mühüm regionlarından biri olan Həştərxan vilayəti bir sıra iqtisadi göstəricilər üzrə, o cümlədən neft və qaz hasilatına görə ölkənin digər regionlarından irəlidə gedir.
Xəzər sahilində mühüm regionlardan biri olan Həştərxan vilayəti sənaye, gəmiqayırma, kənd təsərrüfatı, tikinti, turizm və mədəniyyət sahələrində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Məsələn, Xəzərin Azərbaycan sahillərində turizm obyektləri tikintisi həştərxanlılar üçün çox münasib ola bilər. A.Jilkin demişdir: "Bununla əlaqədar biz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə dəniz turizmi mübadiləsi haqqında razılığa gəlmək niyyətindəyik".
Sonda qubernator suallara cavab vermişdir.
Tədbir çərçivəsində Həştərxan vilayətinin və Azərbaycanın biznesmenləri arasında əlaqələrin genişləndirilməsinin mümkünlüyü məsələsi müzakirə edilmişdir.
Biznes-forumda nazirlər, Həştərxan vilayətinin rəsmi şəxsləri, biznesmenlər, RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında