Elman RÜSTƏMOV: "İpoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınacağı, girov və ilkin ödənişlə bağlı qaydalara dəyişiklik ediləcəyi gözlənilir"

"Biz ipoteka qaydalarına dəyişik haqqında sənədləri və yeni ipoteka proqramı ilə bağlı layihənin üzərində işləri artıq yekunlaşdırırıq, ümid edirik ki, yaxın aylarda hər iki sənədi qəbul edə biləcəyik". APA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirmişdir.
Onun sözlərinə görə, əhalinin ipoteka kreditindən daha kütləvi və asan istifadə edə bilməsi üçün şərtlərdə bir sıra radikal dəyişiklər ediləcək: "İpoteka kreditinin məbləğinin artırılması gözlənilir. Bu isə gənclərə köhnə mənzil fondundan yox, yeni tikililərdən mənzil almağa imkan verəcək".
Mərkəzi Bankın sədri qeyd etmişdir ki, ipoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınması ilə bağlı da planlar var: "İpotekanın faiz dərəcələri indiki halda da aşağıdır, çünki bu ipoteka dövlət büdcəsindən maliyyələşdirilir, amma biz onun bir qədər də aşağı salınmasını planlaşdırırıq".
Yeni təkliflərdə ipoteka alarkən ilkin ödəniş məbləği və girov məsələsində də dəyişikliklər edilməsi nəzərdə tutulmuşdur:
"Planlarımızda İpoteka Zəmanət Fondunun yaradılması var, əgər belə bir fond yaradılarsa, ilk növbədə bu fond vasitəsilə ilkin ödənişin məbləğini aşağı salmaq və yaxud da ayrı-ayrı hallarda hətta ondan qaçmaq mümkün olacaq".
Sədr demişdir ki, indiki halda girov kimi qəbul olunan mülkiyyət tam təhvil verilmiş və sənədləşməsi tam olaraq həyata keçirilənlərdir: " Bu da yeni tikililərin ipoteka predmeti olmasına problem yaradır. Təkliflərdə nəzərdə tutulur ki, ipoteka ilə ev alan şəxslər, xüsusilə gənclər aldıqları evi ilkin qeydiyyat sənədi ilə girov qoya bilsinlər".
Kommersiya ipotekası isə bazar qiymətlərinə əsaslanacaq: "Çünki bu ipotekanın maliyyələşməsinin mənbəyi dövlət büdcəsi yox, bankların bazardan cəlb etdiyi vəsaitlər olmalıdır. Bu ipotekanın əsas istifadəçiləri isə orta təbəqə olmalıdır".
E. Rüstəmov sənədin ilin sonuna kimi qəbul olunmasının gözlənildiyini vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında