Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transferin həcmi 2011-ci ildə təxminən 12 milyard dollar təşkil edəcək

APA-nın məlumatına görə, bunu fondun icraçı direktoru Şahmar Mövsümov bildirmişdir. Onun sözlərinə görə, hazırda fondun məcmu vəsaitlərinin həcmi 31 milyard dollar təşkil edir. ARDNF-in vəsaitlərinin müxtəlif valyutalarda yerləşdirildiyinə görə, dollar və avronun məzənnələrinin dəyişkənliyi Fondun vəsaitlərinə ciddi təsir etmir.
Ş.Mövsümov yaxın vaxtlarda dünya bazarlarında qeyri-sabitliyin sona çatmasına ümidvar olduğunu bildirib və qeyd edib ki, fondun yeni investisiya strategiyasının hazırlanması üzrə işin yenidən bərpa olunacağı gözlənilir və fondun dünya bazarlarında səhmlərə investisiya yönəltməsi mümkün olacaq.
Qeyd edək ki, hazırda Avropada borc böhranı yaşanır, bu da dünya maliyyə bazarlarına ciddi şəkildə mənfi təsir edir. Ş.Mövsümov qeyd edib ki, qeyri-sabit vəziyyətin nə vaxta qədər davam edəcəyi məlum deyil və Fond hazırda səhmlər üzrə gözləmə mövqeyindən çıxış edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında