Azərbaycanın Sənaye və Energetika Nazirliyi KOİCA ilə "Sənayenin inkişafı Proqramı"nın hazırlanmasına dair razılığa gəlmişdir

Azərbaycan Sənaye və Energetika Nazirliyi ilə Koreya Respublikası hökuməti tərəfindən maliyyələşdirilən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) arasında Azərbaycan sənayesinin qeyri-neft sektorunun inkişafı üzrə proqramın hazırlanması istiqamətində "Ümumdünya dost məsləhətləri" proqramı çərçivəsində məsləhət xidmətinin göstərilməsi barədə razılığa gəlinmişdir. 
Nazirlikdən bildirmişlər ki, bununla bağlı KOİCA-nın ölkəmizdəki rezident nümayəndəsi Kim Yang-Vu və Azərbaycana ezam edilmiş mütəxəssis Kap Soo Yong sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov ilə görüşmüşlər. Nazirliyin aidiyyəti strukturları rəhbərlərinin də iştirak etdiyi görüşdə sənayenin hazırkı vəziyyəti barədə məlumatlar verilmiş və qarşıda duran məsələlər müzakirə edilmişdir.
Koreyalı mütəxəssis Kap Soo Yong bir il müddətində Azərbaycanda olacaq və ölkəmizin müvafiq qurumlarının mütəxəssisləri ilə birlikdə "Sənayenin inkişafı Proqramı"nın hazırlanması üzrə çalışacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında