MDB ölkələrinin daimi nümayəndələri Minskdə Birliyin hökumət başçıları şurasının növbəti iclasının gündəliyi layihəsini müzakirə edəcəklər

Avqustun 23-də Minskdə MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin MDB-nin nizamnamə və digər orqanlarındakı daimi səlahiyyətli nümayəndələri şurasının iclası keçiriləcəkdir.
AzərTAc MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, daimi nümayəndələr 5 məsələyə baxmaq niyyətindədirlər. Onlardan birincisi Hökumət Başçıları Şurasının (HBŞ) oktyabrın 18-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan növbəti iclasının gündəliyi layihəsi olacaqdır. HBŞ-nin müzakirəsinə 20-dən çox məsələnin çıxarılması nəzərdə tutulur. Bunlar əsasən azad ticarət zonası haqqında müqavilənin layihəsi, 2020-ci ilədək olan dövr üçün Müstəqil Dövlətlər Birliyinin iqtisadi inkişaf strategiyasının ikinci mərhələsinin (2012-2015-ci illər) həyata keçirilməsinə dair Tədbirlər planı, Dövlətlərarası innovasiya əməkdaşlığı proqramı, Əmtəələrin mənşə ölkəsinin müəyyənləşdirilməsi qaydaları haqqında sazişə düzəlişlər, Dəmir yolu nəqliyyatının strateji inkişaf konsepsiyası, MDB-nin iştirakçısı olan dövlətlərdə valyuta tənzimi və valyuta nəzarəti sahəsində siyasətin əsas prinsipləri haqqında saziş, Razılaşdırılmış sosial və demoqrafik siyasət konsepsiyası və s. sənədlərdir.
Daimi nümayəndələr şurasının üzvləri MDB-nin 20 illiyinə həsr olunmuş tədbirlər planının yerinə yetirilməsinin gedişi haqqında məlumatı dinləyəcəklər. Sənəddə 36 tədbir keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlərin çoxu cari ilin III-IV rübləri üçün planlaşdırılmışdır. Ən mühüm tədbirlər arasında Birliyin yaradılmasının 20 illiyi ilə əlaqədar Dövlət başçıları şurası tərəfindən bəyanatın hazırlanması və qəbul edilməsi, sahə əməkdaşlıq orqanlarının yubileyə həsr olunmuş iclaslarının keçirilməsi, tematik televiziya proqramlarının və "MDB-nin 20 illik fəaliyyətinin yekunları və perspektiv vəzifələr" analitik məruzəsinin hazırlanması, "Müstəqil Dövlətlər Birliyinin 20 yaşı" beynəlxalq elmi-praktiki konfransının, "MDB-20 il" dövlətlərarası sərgisinin, yaradıcı və elmi ziyalıların VI forumunun, MDB ölkələrinin gənclərdən ibarət simfonik orkestrinin qastrol və maarifləndirici turunun, müxtəlif idman turnirlərinin keçirilməsi, xatirə yubiley albomunun nəşr edilməsi, Birliyin yubileyinə həsr olunmuş poçt markalarının və sikkələrin buraxılmasını qeyd etmək olar.{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında