Şirvan REŞ: istehlak 675,7 milyon kilovat-saata yaxın olmuşdur

"Şirvan Regional Elektrik Şəbəkəsi" (REŞ) müəssisəsi üzrə, cari ilin 7 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak edilmiş elektrik enerjisinin miqdarı 2 faizə yaxın, ümumi ödəniş isə mütləq 12 faizdən çox artmışdır. Müəssisənin kollektivinin qarşısında duran ən mühüm vəzifə istehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi və ödənişi 100 faizə çatdırmaqdır.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, cari ilin 7 ayı ərzində müəssisə üzrə ümumilikdə 675,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmişdir. Ümumi ödəniş isə 90 faizə yaxın olmuşdur. Ötən ilin müvafiq dövründə isə bu göstərici 81,4 faiz olmuşdur. REŞ üzrə hesabat dövründə ümumi ödənişdə ən yüksək göstərici Şirvan EŞ-də, ən aşağı göstərici isə Cəlilabad EŞ-də qeydə alınmışdır. Belə ki, sözügedən birinci müəssisə üzrə hesabat dövründə istehlak edilmiş elektrik enerjisinin istehlak dəyərindən əlavə ötən ilin debitor borcunun müəyyən qisminin də ödənişi təmin edilmiş, ikinci müəssisə üzrə isə ödəniş 76,6 faiz olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 288,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37 milyon kilovat-saat azdır. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 6 faizə yaxın artaraq 83 faizə yaxın olmuşdur. Hesabat dövründə REŞ üzrə sözügedən istehlakçı qrupu üzrə ödənişdə yüksək göstərici Şirvan EŞ-də qeydə alınmışdır. Belə ki, burada cari ilin 7 ayında istehlak edilmiş elektrik enerjisinin istehlak dəyərindən əlavə ötən ilin debitor borcunun müəyyən qisminin də ödənişi təmin edilmişdir. Ən aşağı göstərici isə Cəlilabad EŞ-də (71,4%) qeydə alınmışdır.
Qeyd edək ki, cari ilin iyul ayında müəssisə üzrə 104,9 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, onun da istehlak dəyərinin 5,7 milyon manata yaxınının (92,4 %) ödənişi təmin edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 3 faizə, ödəniş isə mütləq 11 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 39,1 milyon kilovat-saata, ödəniş isə 92 faizə yaxın olmuşdur. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər uyğun olaraq 40,7 milyon kilovat-saata və 80 faizə yaxın olmuşdur. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 4 faiz azalmış, ödənişdə mütləq artım 10,3 faiz olmuşdur.
Ötən ay REŞ üzrə ümumi ödənişdə yüksək göstərici Astara, Lerik və Yardımlı EŞ-lərdə qeydə alınmışdır. Belə ki, sözügedən müəssisələr üzrə cari ilin iyul ayında istehlak edilmiş elektrik enerjisinin istehlak dəyərindən əlavə ötən ayların debitor borcunun müəyyən qisminin də ödənişi təmin edilmişdir. Ən aşağı göstərici isə Biləsuvar EŞ-də qeydə alınmışdır. Bu müəssisə üzrə ödəniş 70 faiz olmuşdur. REŞ üzrə sözügedən dövrdə daimi əhali istehlakçı qrupu üzrə ödənişdə yüksək göstəricilər Şirvan, Lənkəran və Lerik EŞ-də qeydə alınmışdır. Belə ki, bu EŞ-lərdə cari ilin iyul ayında istehlak edilmiş elektrik enerjisinin istehlak dəyərindən əlavə ötən ayların debitor borcunun müəyyən qisminin də ödənişi təmin edilmişdir. Ən aşağı göstərici isə Salyan EŞ-də (73%) qeydə alınmışdır.
Payız - qış mövsümünə hazırlıq, mövcud hava şəraitində yanğın təhlükəsizliyini təmin edən tədbirlər də həyata keçirilib. Müəssisənin və EŞ-lərin əraziləri tez alışan tullantılardan təmizlənmiş, sex, yarımstansiya və inzibati binaların ətrafında, keçidlərdə, yollarda material və avadanlıqların qalaqlanması qəti qadağan olunmuş, yanğınsöndürmə vasitələrinin texniki vəziyyəti təkrarən yoxlanılmış, yanğından mühafizə qurğuları işlək vəziyyətə gətirilmişdir. Bunlardan başqa işçi heyət ilə yanğına qarşı əks qəza məşqləri keçirilmişdir.
Xatırladaq ki, sözügedən müəssisə Şirvan, Salyan, Neftçala, Hacıqabul, Lənkəran, Masallı, Astara, Yardımlı, Lerik, Biləsuvar və Cəlilabad EŞ-ləri əlaqələndirir.{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında