"İpək yolu"nda daşımaların həcmi artmışdır

Bu ilin birinci yarısında "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycana məxsus hissəsində 26,8 milyon ton və ya ötən ildəkindən 7,3 faiz çox yük, 120,1 milyon nəfər və ya 7,6 faiz çox sərnişin daşınmışdır. Göndərilmiş yüklərin 43,3 faizi avtomobil, 36,4 faizi dəmir yolu, 20,3 faizi dəniz nəqliyyatının payına düşür, dəniz nəqliyyatında 31,5 faiz, avtomobil nəqliyyatında 7 faiz artım qeydə alınmışdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, dəhliz vasitəsilə daşınmış yüklərin üçdə bir hissəsini və ya 8,4 milyon tonunu tranzit yüklər təşkil etmişdir və əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə bu yüklərin həcmi 810,1 min ton və ya 10,6 faiz artmışdır.
Yük daşımaları fəaliyyətindən 175,6 milyon manat, sərnişin daşınmasından isə 38,2 milyon manat gəlir əldə edilmişdir ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 12,7 və 25,4 faiz artım deməkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında