Azərbaycanın Şəffaflıq Təşəbbüsü üzrə on ikinci hesabatı açıqlanmışdır

Mayın 14-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.
ARDNF-in mətbuat xidmətindən bildirmişlər ki, iclasda Azərbaycanın mədən hasilatı ilə məşğul olan şirkətlərinin hökumətə ödənişləri və hökumətin şirkətlərdən daxilolmaları barədə məlumatların müntəzəm olaraq auditdən keçirilərək ictimaiyyətə açıqlandığı və dərc edildiyi, həmçinin qiymətləndirmə prosesindən keçən ilk ölkə olduğuna görə MHŞT-nin tamhüquqlu üzvü statusunu alması vurğulanmışdır.
MHŞT üzrə Hökumət Komissiyası "Mur Stefens" audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə 2009-cu il üzrə növbəti - on ikinci hesabatını açıqlamışdır. Hesabata, eyni zamanda hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.
İlk dəfə olaraq bu hesabatlarda Azərbaycanda neft-qaz hasilatı ilə məşğul olan şirkətlərin məlumatlarından əlavə, qızıl və gümüş hasilatı sahəsində fəaliyyət göstərən şirkətin də məlumatları öz əksini tapmışdır.
On ikinci hesabatda əvvəlkilərdən fərqli olaraq səmt və təbii qaz ayrılıqda, eləcə də vergilər müxtəlif növlər üzrə təqdim olunmuşdur. Bu, hesabatın təqdim etdiyi məlumat bazasını genişləndirmişdir.
İclasda MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər geniş müzakirə olunmuşdur.
Ölkənin hesabatı, eləcə də audit şirkətinin rəyi Dövlət Neft Fondunun (www.oilfund.az), MHŞT üzrə Beynəlxalq Katibliyin (www.eiti.org) və QHT-lərin təmsil olunduqları Mədən Hasilatında Şəffaflığın Artırılması Koalisiyasının (www.eiti-az.org) internet səhifələrində yerləşdirilir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında