Genişzolaqlı internetin inkişafı üzrə strategiya ölkədə internetin sürətli inkişafını təmin edəcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində "2011-2013-cü illər üçün genişzolaqlı internetin inkişafı üzrə strategiya" hazırlanmışdır. Strategiya yaxın bir neçə ildə Azərbaycanda internetin sürətli inkişafının təmin edilməsini nəzərdə tutur. Sənəd Nazirlər Kabinetinə təqdim ediləcəkdir.
Nazirlikdən bildirmişlər ki, strategiyanın qəbul edilməsi respublikada genişzolaqlı qoşulmaların sayını xeyli artıracaqdır. Sənəddə həm infrastrukturun, həm də bilavasitə internet servis provayderlərinin regionlara çıxışına lazımi şəraitin yaradılması üçün təkliflər əks olunmuşdur.
Strategiyadakı mühüm aspektlərdən biri də simsiz Wi-Fi texnologiyasının həm paytaxtda inkişaf etdirilməsi, həm də infrastrukturunun genişləndirilməsi və bu texnologiyanın bazası əsasında internet şəbəkəsindən pulsuz istifadə üçün xidmətlərin göstərilməsidir.
Genişzolaqlı internetin inkişaf konsepsiyası internet bazarının genişlənməsinə, respublikanın bütün ərazisi üzrə evdən qoşulmaların sayının artırılmasına yönəldilmişdir. Genişzolaqlı internetin inkişafı internet tariflərinə də təsir edəcək, gələcəkdə internet şəbəkəsindən istifadənin qiymətini iki dəfə azaltmağa imkan verəcəkdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında