2012-ci ildə Azərbaycanda neft hasilatı artırılacaq

Azərbaycanda neft hasilatının azalması 2008-ci ildə "Mərkəzi Azəri" platformasının yaxınlığında qazın çıxması səbəbindən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda qazma işləri proqramına yenidən baxılması ilə əlaqədardır. Bu barədə cümə günü ARDNŞ rəhbəri Rövnəq Abdullayev açıqlama vermişdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyulunda Azərbaycanda 27,7 milyon tona yaxın neft hasil edilib. Bu, ötən ilin anoloji dövründən 6,7 faiz azdır.
R.Abdullayevin sözlərinə görə, qaz çıxdıqdan sonra platformalarda işlər dayandırılmışdı, lakin hazırda yeni qaz texnologiyaları tətbiq edilir və 2012-ci ildə neft həcmi yenidən artırılacaq.
Bundan başqa, bu il quyularda mühəndis-geoloji işlər aparmaq üçün platformalarda hasilat uzun müddətə dayandırılır, bu isə həcmə öz təsirini göstərir.
ARDNŞ rəhbərinin dediyinə görə, 50 milyon ton neftin hasil edilməsi Azərbaycan üçün optimal həcmdir. Bu həcm respublikada investisiya layihələrinin həyata keçirilməsi və ölkənin Dövlət Neft Fonduna daxilolmalar üçün yetərlidir.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: BP (operator - 35,83%), "Chevron" (11,27%), AzAÇG (11,6%), "Inpex" (10,96%), "Statoil" (8,56%), "Exxon" (8%), TPAO (6,75%), "Itochu" (4,3%), "Hess" (2,72%).
2010-cu ildə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda 40,6 milyon ton neft hasil edilib. Bu göstərici 2009-cu ildə 40,3 milyon ton olub. 2010-cu ildə bu yataqlar blokunda sutkalıq orta hasilat 823,1 min barrel təşkil etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında