Görülmüş işlər müsbət nəticə verir

Şirvan Regional Elektrik Şəbəkəsində (REŞ) işlər günün tələbləri səviyyəsində qurulub. İstehlak edilmiş elektrik enerjisinin istehlak dəyərinin ödənişi istiqamətində aybaay dinamik artım var.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, ödənişdəki müsbət dinamikaya təsir göstərən bir sıra amillər var. Paylayıcı şəbəkələrin xidməti ərazilərinin müəyyən hissəsində, xüsusən də şəhər və rayon mərkəzlərində, eləcə də bəzi qəsəbələrdə, iri kəndlərdə qabaqcadan ödənişli smart-kart tipli sayğaclar quraşdırılıb. Əvvəlki illərdə ödənişin çox aşağı olduğu Masallıda, Lənkəranda və digər şəbəkələrdə də bu proses həyata keçirilir.
Qeyd edək ki, ümumi vəziyyətə müsbət təsir göstərən amillərdən biri də enerji satışı işinin avtomatlaşdırılmasıdır. Bu sistemdə məqsəd satılan elektrik enerjisinin uçotunu düzgün qurmaq, sərfiyyatın ünvanlılığını təmin etmək, itkilərin qarşısını almaqdır. Bir sözlə, bu sistem baş sayğacdan çıxan və istehlakçılara ötürülən enerjinin balansının yaradılması baxımından olduqca böyük əhəmiyyətə malikdir.
Yeri gəlmişkən, bu sistemdə bütün xətlər və onun üzərindəki tələbatçılar bilavasitə nəzarətçiyə təhkim olunub. Bildirişlərin paylanması isə mobil terminallar vasitəsilə həyata keçirilir. Bildirişlər yerlərdə paylandıqdan sonra ümumi kompyuter sisteminə işlənir, nəticədə istehlakçının istifadə etdiyi elektrik enerjisi və qeyri-balans (baş sayğacdan buraxılan elektrik enerjisi ilə oxunmuş bildirişin arasında fərqin yaranması) açıq şəkildə görünür. Bunun da əsasında ötürülən enerjinin dəyərinin ödənişi üçün tədbirlər görülür.
Elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması baxımından da təsirli tədbirlər həyata keçirilir. İtirilmiş elektrik enerjisinin bərpa olunmuş istehlak dəyərini ödəmək istəməyən, elektrik avadanlıqları və ya qurğularına qeyri-qanuni müdaxilə edən abonentlərlə bağlı akt tərtib olunur və onlar haqqında tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciətlər edilir. Bu qəbildən olan tədbirlər də tədricən öz təsirini göstərir. İstehlakçılar arasında nümunəvi abonentlərin sayı getdikcə artır.
Son dövrlərdə müəssisənin xidməti ərazilərində olan 35 kilovoltluq və ondan yuxarı gərginlikli elektrik verilişi xətləri və yarımstansiyalarda xeyli işlər görülmüşdür. 330 kilovoltluq IV Şirvan, 220 kilovoltluq II Şirvan, 220 kilovoltluq III Masallı, 110 kilovoltluq III Ələt, 110 kilovoltluq III Sabirabad hava xəttində cari və əsaslı təmir işləri aparılıb, zərurət yaranan yerlərdə xətt armaturu və izolyatorlar dəyişdirilib.
Onu da qeyd etmək yerinə düşərdi ki, müəssisənin idarəetmə strukturuna daxil olan ərazilər üzrə yay mövsümünün başlanması və havaların kəskin istiləşməsi ilə əlaqədar elektrik şəbəkələrində və yarımstansiyalarda yanğın təhlükəsizliyinin təmin edilməsi haqqında nəzərdə tutulan tədbirlər həyata keçirilir. O cümlədən, artıq yağ tutumlu avadanlıqlarda yanğın təhlükəsizliyi təmin edilib, yüksək gərginlikli hava EVX-lərinin mühafizə zonalarının və yarımstansiyaların ərazilərinin quru otlardan və kənar əşyalardan, transformatorların özülü və gövdəsi çirkli yağ örtüyündən təmizlənib. Mühafizə avadanlıqlarının, nəzarət və ölçü cihazlarının növbəti yoxlamalardan keçirilməsi və daima saz vəziyyətdə saxlanılması, ventilyasiya sistemindən istifadə edilməsi təmin olunub. Hər bir təsərrüfat sahəsində yanğına qarşı mübarizə tədbirləri gücləndirilib.{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında