Vergilər Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri ilə görüş olmuşdur

Vergilər Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatasının nümayəndələri ilə görüş olmuşdur.
Görüşdə vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov son dövrlərdə Azərbaycanın vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar haqqında qonaqlara məlumat vermiş, ölkəmizdə fəaliyyət göstərən bir çox aparıcı xarici və yerli şirkətləri təmsil edən Amerika Ticarət Palatası ilə mütəmadi olaraq işgüzar görüşlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, Amerika Ticarət Palatasının prezidenti Daniel R.Mateus Vergilər Nazirliyi ilə əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edərək, qurumun hazırladığı "Ağ Sənəd" kimi tanınan "Azərbaycanda işgüzar mühitin təkmilləşdirilməsinə dair müşahidələr və tövsiyələr" adlı hər il dərc olunan sənədin növbəti sayını nazirliyin rəhbərliyinə təqdim etmişdir. Qeyd edilmişdir ki, "Ağ Sənəd" Amerikanın Azərbaycandakı Ticarət Palatasının üzvü olduğu 230-dan çox şirkətin vergitutma, sığorta, maliyyə, bank işi və iqtisadiyyatın digər sahələri ilə bağlı rəy və təkliflərini özündə birləşdirir.
Görüşdə Azərbaycan hökumətinin iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirmək üçün atdığı müsbət addımlar, o cümlədən vergitutma ilə bağlı bəzi məsələlər geniş müzakirə olunmuşdur. Azərbaycanda fiziki şəxslərin gəlir vergisi və onun yuxarı həddinə yenidən baxılması, sosial sığorta ödənişləri, ƏDV-nin əvəzləşdirilməsi, bankların vergitutma prosesi ilə bağlı göstərdikləri fəaliyyət, vergi ödəyicilərinin bank hesablarına sərəncamların qoyulması, xarici banklara ödənişlər üzrə gəlir vergisi, emissiya gəliri üzrə vergitutma, sığorta - maliyyə xidmətlərinin mahiyyəti və s. barədə hesabatda əks olunan əsas istiqamətlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
N.Əmirov qaldırılan hər bir məsələnin nazirliyin müvafiq qurumları tərəfindən diqqətlə araşdırılacağını və müvafiq tədbirlər görüləcəyini bildirmişdir.
Görüşdə ABŞ-ın Azərbaycandakı səfirliyinin və Amerika Ticarət Palatasının nümayəndələri və Vergilər Nazirliyinin rəhbər şəxsləri iştirak etmişlər.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında