Yarımstansiyalarda yenidənqurma işləri sürətlənir

Cari ilin ötən dövrü ərzində "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin bütün enerji obyektlərində növbəti payız-qış mövsümünə hazırlıqla bağlı geniş tədbirlər həyata keçirilmişdir. Hazırda "Abşeron Regional Elektrik Şəbəkəsi"nin balans mənsubiyyətinə aid olan yarımstansiyalarda da bu məqsədlə nəzərdə tutulmuş yenidənqurma işləri getdikcə intensivləşdirilir. 
"Azərenerji" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, cari ilin ötən dövrü ərzində şəbəkənin balans mənsubiyyətinə aid olan bir sıra yarımstansiyalarda texniki göstəricilərin daha da yüksəldilməsi istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, 110 kV-lik "Qala" yarımstansiyasında 1 saylı transformatorun dəyişdirilməsi ilə əlaqədar olaraq mühafizə dövrələrində hazırlıq işləri aparılmış, 2 saylı transformatorun isə soyutma sistemindəki nasazlıq aradan qaldırılaraq normal iş rejiminə gətirilmişdir. Bundan əlavə, yarımstansiyada işə qoşulacaq 1 saylı transformatorun yeni mühafizə paneli ilə əlaqədar hazırlıq işləri görülür. Müvafiq işlər həyata keçirildikdən sonra "SKADA" telemexanika qurğularında lazımi yoxlama işləri aparılmış, xüsusi sərfiyyat transformatorlarında təmir işləri görülmüşdür. Eyni gərginlikli "Binə" yarımstansiyasında isə 16 MVA-lıq 1 və 2 saylı transformatorların 110 kV-lik eleqaz açarlarında təmir işləri aparılmış, eyni zamanda, obyektin 10 MVA-lıq transformatorun və ona aid olan 110kV, 35 kV, 6 kV və neytral boşaldıcıların sınaq işləri uğurla yerinə yetirilmişdir.
İlin əvvəllərindən etibarən 110 kV-lik "Ramana" yarımstansiyasında da analoji işlər aparılmışdır. Belə ki, burada fəaliyyətdə olan 1 və 2 saylı transformatorların mühafizə sistemləri yoxlanmış, aşkar edilən nöqsanlar aradan qaldırılmışdır. Bununla yanaşı, müxtəlif güclü transformatorlarda və yağ açarlarında cari təmir işləri yerinə yetirilmişdir.
Onu da qeyd edək ki, müvafiq yenidənqurma işləri 110 kilovoltluq "Suraxanı", "Zığ" və "Dübəndi" yarımstansiyalarında da həyata keçirilmişdir. Belə ki, Suraxanı yarımstansiyasında 2 saylı 40 MVA-lıq transformatorun mühafizəsi yoxlanılmış, dövrələrdə yaranmış nasazlıqların aradan qaldırılmış və idarəetmə dövrələri yoxlanılmışdır. Bununla yanaşı, payız-qış mövsümünə hazırlıq çərçivəsində yarımstansiyanın dövrələrinə baxış keçirilmiş və 110 kV-lik birinci "Suraxanı" hava xəttinin siqnalizasiya dövrələrində meydana gəlmiş çatışmazlıqlar vaxtında aradan qaldırılmışdır. Hazırda isə yarımstansiyanın inzibati binasında təmir işləri aparılır. Şəbəkənin balans mənsubiyyətinə daxil olan 110 kV-lik "Zığ" yarımstansiyasında da analoji işlər aparılmış, burada da siqnalizasiya dövrələri yoxlanılmış, "SKADA" telemexanika qurğularında yoxlama işləri yerinə yetirilmişdir.
"Abşeron Regional Elektrik Şəbəkəsi"nin 110 kV-lik "Maştağa" yarımstansiyasında da nəzərdə tutulmuş cari təmir işləri uğurla yerinə yetirilmiş, II "Şimal" hava xəttinin eleqaz açarları təmir olunmuşdur. Tədbirlər planına əsasən eyni gərginlikli "Zabrat" yarımstansiyasında da müxtəlif təyinatlı təmir-bərpa işləri aparılmış, paralel olaraq buradakı "SKADA" telemexanika qurğularında yoxlama işləri uğurla icra edilmişdir. Bütün bu tədbirlərin yerinə yetirilməsi isə öz növbəsində enerji təsərrüfatlarının daha da dayanıqlı fəaliyyət göstərməsinə imkan yaratmışdır. Hazırda şəbəkədə yenidənqurma işlərinin davam etdirilməsi gündəlikdə duran əsas tapşırıqlardan biri kimi xüsusi diqqət mərkəzində saxlanılır. Yeri gəlmişkən, cari ilin ötən dövrü ərzində "Abşeron Regional Elektrik Şəbəkəsi"nin müvafiq hava elektrik verilişi xətlərində də bir sıra təmir-bərpa işləri həyata keçirilmişdir.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında