Yeddi ayda ölkədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 8,9 milyard manata çatmışdır

2011-ci ilin yanvar-iyul aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin müvafiq dövrünün göstəricisini 10 faiz üstələyərək 8,9 milyard manata çatmışdır. İstehlak mallarının 14,7 faizi hüquqi, 85,3 faizi fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
Əhalinin ticarət şəbəkələrində xərclədikləri vəsaitin 5,5 milyard manatı ərzaq məhsullarının, 3,4 milyard manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yeddi ay ərzində xidmət şəbəkələri vasitəsilə əhaliyə 2,7 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz çox pullu xidmətlər göstərilmişdir. Xidmətlərin 77,8 faizi hüquqi, 22,2 faizi fiziki şəxslərin payına düşmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında