Dövlət Neft Fondunun aktivləri 100 milyard dolları keçəcəkdir

Azərbaycanda Dövlət Neft Fondunun (DNF) yaradılması vaxtında atılan və düzgün addım olmuşdur.
Bunu Dünya Bankının mütəxəssisləri verdikləri proqnozda bildirmişlər. Açıqlamada qeyd olunur ki, hazırda DNF-in aktivlərinin məbləği 30 milyard ABŞ dollarından çoxdur. Proqnozlara əsasən, yaxın 5 ildə fondun aktivlərinin məbləği neftin qiymətindən asılı olaraq, 50 milyard dollar təşkil edəcək, 15 ildə isə 100 milyard dolları keçəcəkdir.
Son 10-11 ildə DNF-in ümumi daxilolmalarının məbləği 50 milyard dollar olmuşdur. Bu məbləğdən də faiz gəlirləri 1 milyard dollar təşkil etmişdir. Həmçinin 20 milyard dollar infrastruktur layihələrinə ayrılmışdır.
Xatırladaq ki, iyulun 1-nə DNF-in aktivləri 2011-ci ilin əvvəlinə (22 milyard 766,8 milyon ABŞ dolları) nisbətən 33,3 faiz artaraq 30 milyard 357,5 milyon dollara bərabər olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında