Növbəti iclas Bakıda keçiriləcək

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərliyi ilə Azərbaycanın 10 aparıcı İKT şirkətinin rəhbərləri və rabitəçi veteranlardan ibarət nümayəndə heyəti bu yaxınlarda Rusiya Federasiyasının Moskva şəhərində işgüzar səfərdə olub. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Başçıları Şurasının 42-ci iclasında çıxışı zamanı nazir Əli Abbasov ötən ilin dekabrında BMT-nin Baş Assambleyasında Azərbaycanın təşəbbüskarı olduğu Trans Avrasiya Super İnformasiya Magistralına (TASİM) dair xüsusi qətnamənin qəbul edilməsi haqda tədbir iştirakçılarına məlumat verib. Eyni zamanda, nazir TASİM layihəsini dəstəkləyən RRB-nin üzv ölkələrinin rabitə administrasiyalarının rəhbərlərinə təşəkkürünü bildirib və layihənin icrası istiqamətində nəzərdə tutulan tədbirlər və gələcək planlar haqda danışıb.
Bundan başqa, toplantıda RRB Rabitə Administrasiyaları Başçıları Şurasının növbəti, sayca 43-cü iclasının noyabr ayının 2-ci yarısında Bakı şəhərində keçirilməsi ilə bağlı qərar qəbul edilib.
İclasda Azərbaycanı təmsil edən nümayəndə heyətinin digər üzvləri ölkədə elektron hökumət və poçt sektorunda aparılan müasir modernləşmə işləri haqqında tədbir iştirakçıları qarşısında təqdimatlarla çıxış ediblər. Eyni zamanda, toplantı çərçivəsində azərbaycanlı nazirin Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi, Ümumdünya Poçt İttifaqının rəhbərliyi, həmçinin Rusiya, Moldova, Qazaxıstan və Sloveniyanın sahə üzrə nazirləri ilə ikitərəfli görüşləri keçirilib və maraq doğuran istiqamətlər üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Səfər proqramına uyğun olaraq, nazir rabitəçi veteranlarla birlikdə Böyük Vətən müharibəsində qələbənin 65 illiyinə həsr olunmuş mərasimdə, eləcə də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü ilə əlaqədar təşkil etdiyi tədbirdə iştirak edib. Səfərin son günü Əli Abbasov 22 ölkədən 540, Azərbaycandan isə 10 şirkətin iştirak etdiyi "Rabitə-Ekspokom 2010" tədbirinin açılış mərasiminə qatılıb və sərgidə çıxış edib.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında