AİB 3 il ərzində Azərbaycana təxminən 1 milyard dollar ayıracaq

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının təsdiq etdiyi 2011-2013-cü illər üçün ölkədə əməliyyatlar üzrə biznes plan çərçivəsində bank kapital vəsaitlərindən 945 milyon dollar ayıracaq. Trend-in məlumatına görə, bu barədə bankın rəsmi saytında yerləşdirilən sənədin mətnində deyilir.
Biznes plana əsasən, 2011-ci il üçün maliyyələşdirmənin həcmi 340 milyon dollar, 2012-ci il üçün 355 milyon dollar, 2013-cü il üçün 250 milyon dollar məbləğində müəyyənləşdirilmişdir.
Texniki yardımın həcmi 2 milyon dollar məbləğində nəzərdə tutulmuşdur.
Ölkədə əməliyyatların inkişafı üzrə biznes plan ilk növbədə infrastrukturun inkişafına yönəldiləcək. Planda əlverişsiz iqlim dəyişikliklərinin və istixana qazlarının tullantılarının nəticələrinin azaldılması üzrə tədbirlər nəzərdə tutulmuşdur. Prioritet sahələr nəqliyyat, energetika su təchizatı və kanalizasiya xidmətləridir. AİB-in məruzəsində deyilir: "Nəqliyyat infrastukturunun yaxşılaşdırılması səmərəlilik və rəqabətqabiliyyətliliyi artıracaq, eləcə də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq regionunda və ondan kənarda əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında