Azərbaycanın maliyyə naziri ABŞ-da defolt gözlənilməsi barədə gedən müzakirələrə öz mövqeyini bildirmişdir

Azərbaycanın maliyyə naziri Samir Şərifov son bir ay ərzində ABŞ-da defolt gözlənilməsi barədə gedən müzakirələrə öz mövqeyini bildirmişdir. Nazir avqustun 2-nə təsadüf edəcəyi bildirilən defoltun Azərbaycan iqtisadiyyatına və valyuta ehtiyatlarına təsiri barədə fikirlərini AzərTAc-a müsahibəsində açıqlamışdır. 
S.Şərifov Amerika Birləşmiş Ştatlarının hakimiyyət dairələrində, daha dəqiq Konqres ilə Birləşmiş Ştatlar administrasiyası arasında dövlət borcunun yuxarı həddinə dair bir müddətdir ki, aparılan mübahisələri beynəlxalq maliyyə sistemi və maliyyə bazarı üçün müsbət hal kimi qiymətləndirmişdir. Nazir demişdir ki, dünyanın əsas ehtiyat valyutasının - ABŞ dollarının emitenti olan Birləşmiş Ştatlar hökumətinin beynəlxalq maliyyə-bank və ödəniş sisteminin normal fəaliyyət göstərməsi üzrə xüsusi məsuliyyəti mövcuddur. Dünyada ehtiyat valyuta dedikdə nəzərdə tutulur ki, bu valyuta ilə əksər beynəlxalq ticarət əqdləri üzrə ödənişlər aparılır və dünya üzrə maliyyə aktivlərinin 70 faizədək hissəsi məhz bu valyutada saxlanılır.
Nazir qeyd etmişdir ki, 2008-2009-cu illərdə dünya maliyyə bazarlarında baş vermiş böhran ABŞ və digər inkişaf etmiş dövlətləri maliyyə bazarlarının və bank sisteminin iflic vəziyyətə düşməməsi məqsədilə yumşaq pul-kredit siyasəti aparmağa, bazarlara böyük həcmlərdə əlavə likvidlik verməyə vadar etmişdir. Sadə dillə desək dünyanın əsas ehtiyat valyutalarının emitentləri olan dövlətlərdə pul çap edən maşınlar dayanmadan çalışırdı. Bu baxımdan, ABŞ dövlət borcunun yuxarı həddi üzrə daha sıx nəzarətin həyata keçirilməsi şübhəsiz ki, maliyyə bazarları üçün və ABŞ dollarında aktivlərini saxlayan hər bir dövlət, bank, şirkət və şəxslər üçün sabitləşdirici, eyni zamanda müsbətə doğru atılmış addım kimi qarşılanmalıdır.
Təkcə onu qeyd etmək kifayətdir ki, dünyanın bir çox mühüm iqtisadi və maliyyə qüdrətinə malik olan dövlətlərinin, onların mərkəzi banklarının və digər maliyyə qurumlarının trilyonlarla dollarla ölçülən ABŞ istiqrazlarından ibarət investisiya portfelləri mövcuddur.
Maliyyə naziri dövlətimizin Dövlət Neft Fondu və ya Mərkəzi Bank vasitəsilə ABŞ hökumətinin qiymətli kağızlarında yerləşdirdiyi vəsaitlər ilə bağlı hər hansı təşviş üçün heç bir əsas olmadığını vurğulamışdır. Nazir avqustun 2-si və yaxud bu tarixdən bir qədər sonra ABŞ dövlət borcunun limiti üzrə anlaşmaya nail olunacağına əminliyini ifadə etmişdir. ABŞ hökumətinin buraxdığı istiqrazlara isə maraq ən etibarlı və risksiz sərmayələrdən biri kimi ənənəvi olaraq yenə də yüksək qalacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında