Bakıda Silk Way Business Aviation şirkətinin biznes terminalı istifadəyə verilmişdir

İyulun 28-də Heydər Əliyev Beynəlxalq Aeroportunda regionda analoqu olmayan biznes terminalı istifadəyə verilmişdir. 
Silk Way Business Aviation şirkətinə məxsus yeni terminaldan ilk uçuş İtaliyanın Milan şəhərinə olmuşdur.
Beynəlxalq standartlara uyğun inşa olunan üçmərtəbəli terminalda sərnişinlər üçün 50 nəfərlik salon, ailəvi otaqlar və biznes mərkəzi, əlil sərnişinlər üçün xüsusi otaqlar vardır. Terminalın sahəsi 1200 kvadratmetrdir. Yüksək standartlara uyğun perronda 13 təyyarə üçün dayanacaq nəzərdə tutulmuşdur.
2007-ci ildə fəaliyyətə başlamış Silk Way Business Aviation şirkətinin balansında hazırda beş təyyarə vardır: 10 nəfərlik Gulfstream - 200, 14 nəfərlik Gulfstream - 450, 18 nəfərlik Gulfstream - 500, VİP salonlu 19 nəfərlik ATR və VİP salonlu 60 nəfərlik Boeing - 727. Bu təyyarələrlə Avropa, Azərbaycan, Gürcüstan, Rusiya və Qazaxıstandan, habelə MDB-nin digər ölkələrindən olan iş adamlarının sifarişləri əsasında uçuşlar həyata keçirilir. Uçuşlar adətən Bodrum, Antalya, Moskva, London, Paris, Maldiv adaları və Keyptauna yerinə yetirilir. Şirkətin xidmətlərindən hər gün 30-dan çox iş adamı istifadə edir. Şirkət ölkədə turizmin inkişafı üçün daxili sifarişlər, habelə xarici ölkələrə çarter reysləri də təşkil edir.
Terminalda beynəlxalq standartlar səviyyəsində yerüstü xidmətlər göstərilir. Sərnişinlərə duty - free, wifi xidmətləri də təklif olunur. Terminal regionda bu tip obyektlər sırasında ən böyük VİP terminaldır.
Hazırda Silk Way Business Aviation şirkətində 90 nəfər aviator çalışır. Xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə yaxın gələcəkdə təyyarə parkının daha da genişləndirilməsi planlaşdırılır. Bu məqsədlə 2012-ci və 2013-cü illərdə 10 nəfərlik Gulfstream - 250 , 2015-ci ildə isə 18 nəfərlik Gulfstream - 650 tipli təyyarələrin alınması nəzərdə tutulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında