Binəqədi rayonunda yarım ilin yekunları təhlil edilmişdir

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin yanvar-iyun aylarında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətində yığıncaq keçirilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Alı Qocayev açaraq bu ilin ötən altı ayında ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurlardan bəhs etmişdir.
Natiq 2011-ci ilin birinci yarısında Azərbaycanda sosial-iqtisadi göstəricilərin yüksək səviyyədə olduğunu qeyd edərək, ayrı-ayrı sahələr üzrə qəbul olunmuş proqramların müvəffəqiyyətlə icra olunduğunu vurğulamışdır.Göstərmişdir ki, 6 ayda respublikada iqtisadi artım 0,9 faiz təşkil etmişdir. Qeyri-neft sektorunda bu rəqəm 7,2 faiz, sənaye istehsalında 0,3 faiz artım qeydə alınmış, qeyri-neft sənayesi 7,2 faiz, əhalinin pul gəlirləri isə 17 faiz artmışdır.
A.Qocayev bildirmişdir ki, Azərbaycan büdcəsi 20 milyard dollara çatmışdır ki, bu da rekord göstəricidir. İlin əvvəlindən ehtiyat fondlarımız 9 milyard artmışdır. Hazırda dövlətimizin ehtiyat fondları 38 milyard dollar səviyyəsindədir. Bu da imkan verir ki, ölkə iqtisadiyyatı inkişaf etsin, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları cəlb edilsin. Bir sözlə, bütün makroiqtisadi göstəricilərimiz bir daha onu göstərir ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf edir. Eyni zamanda, ölkədə güclü sosial siyasət aparılır...
İclasda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Fizuli Aclanov rayonun sosial-iqtisadi həyatında 2011-ci ilin yanvar-iyun ayları ərzində görülən işlərdən danışaraq bildirmişdir ki, sözügedən dövrdə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 9887,1 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 dəfə çoxdur.Yarım il ərzində rabitə müəssisələri tərəfindən 1345,8 min manatlıq xidmətlər göstərilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artım müşahidə olunmuşdur.Eyni zamanda, yanvar-iyun aylarında rayonda sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 16762,0 min manat məbləğində investisiyadan istifadə edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1 dəfə çoxdur. İstifadə olunmuş vəsaitin 805,6 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və ötən ilin müvafiq dövrünə nisbətən 41,1 faiz təşkil edir.
İlin əvvəlindən əhaliyə 650969,8 min manatlıq istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. Pullu xidmətin həcmi keçən ilə nisbətən 26,3 faiz artmışdır. İstehlak mallarının 20,8 faizi hüquqi şəxslər, 29,3 faizi kənd təsərrüfatı məhsulları bazarı, 49,9 faizi isə fiziki şəxslər tərəfindən realizə olunmuşdur. Əmtəə dövriyyəsinin 99,5 faizi özəl bölmə, pullu xidmətlərin isə 22,5 faizi dövlət bölməsi tərəfindən həyata keçirilmişdir.
Binəqədi rayonunun iqtisadi-sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2011-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 15,4 faiz çoxalaraq 347,8 manata çatmışdır. Sənaye sahələrində çalışanların orta aylıq əmək haqqı yanvar-may aylarında 437,2 manat, tikinti kompleksində 350,3 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5 faiz çoxdur.
Məruzəçi göstərmişdir ki, son illərdə istehlak bazarında müsbət irəliləyişlər əldə edilmişdir. 2011-ci ilin yanvar-iyun aylarında istehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və rayon əhalisinə 516653,8 min manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 11,5 faiz çox geniş çeşidli istehlak malları satılmışdır. İtehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq, 79,4 və 20,6 faiz təşkil etmişdir. 2010-cu ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 11,5 faiz artmışdır.
2011-ci ilin yanvar-iyun aylarında Binəqədi rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 16762,0 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1 dəfə artıqdır.Bu ilin yanvar-iyun aylarında 805,6 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 41,1 faiz təşkil edir.
Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi cari ilin 6 ayı ərzində bir sıra abadlıq və bərpa işləri aparmışdır. Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında 396 ev, 22447 mənzil vardır. Ümumi yaşayış sahəsi 1321344,0 kvadratmetr, faydalı yaşayış sahəsi isə 848845 kvadratmetrdir.
Mənzil fondunun saxlanması istiqamətində 2011-ci ilin əsaslı və cari təmir planları hazırlanmışdır. Əasaslı təmir planları tərtib edilərkən, əsasən, yaşayış binalarının damları, binadaxili su və kanalizasiya xətləri, zirzəmilərdə su və kanalizasiya xətləri və binaların fasadlarında təmir işləri nəzərdə tutulmuşdur. Bu işlər planlaşdırılaraq, icra üçün Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə göndərilmişdir. Cari təmir planları isə tərtib edilərək, icra üçün müvafiq MKİS-lərə göndərilmişdir. Konkret olaraq, 2011-ci ilin 6 ayı ərzində 6, 7, 8, 9-cu mikrorayonlarda yaşayış binalarının və lift şaxtalarının dam örtüyünü şüşə lifli ruberoidlə təmirinə başlanmışdır. Eyni zamanda, 2011-ci ilin 6 ayı ərzində yaşayış binalarının zirzəmilərində su və kanalizasiya xətlərinin cari təmirinə başlanmışdır. Bunlarla yanaşı, 1, 72, 79, 80, 92, 95, 102, 106, 107, 108 saylı MKİS-lərin xidməti ərazisində təmizlik və bərpa işləri aparılır. Eyni zamanda, Azadlıq prospekti, S.S.Axundov küçəsi boyunca yerləşən bütün binaların fasadlarında aparılan təmir-bərpa işləri ilə paralel olaraq, həmin binaların fasad hissəsinə baxan tərəfindəki qanunsuz hasarlar, çəpərlər sökülmüş və ərazi təmizlənərək, abad vəziyyətə salınmış, yol genişləndirilərək, asfalt örtüyü bərpa edilmiş, küçə işıqları yenisi ilə əvəz edilmişdir.
"Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Biləcəri, Xocəsən, M.Ə.Rəsulzadə qəsəbələrində bir sıra məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir. Sakinlərin xahişi nəzərə alınaraq, məişət tullatılarının daşınması üçün 1 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi ayrılmışdır və hazırda bu nəqliyyat vasitəsindən Xocəsən Bələdiyyəsi tərəfindən istifadə olunur. Bakı Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına məhəllədaxili yolların təmiri hazırda Sulu-təpə, Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələrində davam etdirilir. Başçının müraciəti ilə Binəqədi şosesi "Azəryolservis" ASC tərəfindən əsaslı təmir olunmuş və hazırda yolboyu səkilər bərpa olunur.
Xocəsən qəsəbəsində 103 saylı məktəbin ərazisində 640 şagird yerlik məktəbin tikintisi ilə bağlı layihə sənədləri tərtib olunaraq, tender qalibi elan edilmişdir. Biləcəri qəsəbəsində mədəniyyət və istirahət parkının yenidənqurulması üçün 1 milyon manat vəsait ayrılmışdır.
Tədbirə yekun vuran rayon icra hakimiyyətinin başçısı A.Qocayev Binəqədi rayonunun sosial-iqtisadi inkişafının təmin olunması üçün zəruri tədbirlərin bundan sonra da həyata keçiriləcəyini diqqətə çatdırmışdır.{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında