Texniki tədbirlər vaxtında həyata keçirilir

Son illər ölkəmizdə istehlakçıların dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir, mövcud infrastruktur əsaslı şəkildə yeniləşdirilir, müasir standartlara cavab verən yeni generasiya gücləri yaradılır.
Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş yeni generasiya mənbələrindən olan "Şahdağ" elektrik stansiyası respublikamızın şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında mühüm rol oynayır. Xatırladaq ki, stansiyanın istismara verilməsi bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşdırılmasına, o cümlədən sistemin dayanıqlığının artırılmasına geniş imkanlar yaratmışdır. Eyni zamanda, "Şahdağ" qış-yay turizm kompleksinin elektrik enerjisi təchizatının həyata keçirilməsi də bu stansiya vasitəsilə həyata keçiriləcəkdir. Ötən müddətdə "Şahdağ" elektrik stansiyasında porşen tipli mühərriklərdən ibarət olan aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun olaraq vaxtlı-vaxtında göstərilmiş və bunun da nəticəsində plansız boş dayanmalara yol verilməmişdir. Məhz bütün bunların nəticəsidir ki, ötən illərdə olduğu kimi, cari ilin ötən altı ayında da elektrik enerjisi istehsalında problem yaranmamışdır. Hazırda stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, cari ilin iyun ayında "Şahdağ" elektrik stansiyasında 11,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunmuşdur ki, bu da proqnoz göstəricisindən 800 min kilovat-saata yaxın çoxdur. Bütövlükdə isə 2011-ci ilin altı ayı ərzində burada nəzərdə tutulmuş 119,5 milyon kilovat-saat əvəzinə 123,1 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir. Eyni zamanda, stansiyada həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində cari ilin altı ayında iyun ayının proqnoz göstəriciləri ilə müqayisədə enerjinin xüsusi sərfi üzrə nəzərəçarpacaq dərəcədə elektrik enerjisinə qənaət edilmişdir.
Hazırda stansiyanın kollektivi istehlakçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində, plan tapşırıqların uğurla yerinə yetirilməsində səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edir. Bununla yanaşı, stansiyanın təmir briqadası tərəfindən lazımi texniki qulluq işləri aparılır. Cari ilin ikinci rübündə aqreqatlara növbəti texniki qulluq göstərilmiş, güc transformatorunda müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Eyni zamanda 11 kV-lik I, II, III və IV şinlərdə və 110 kV-lik ikinci "Quba" və ikinci "Qusar" hava xətlərində cari təmir işləri aparılmışdır.
Xatırladaq ki, hər birinin gücü 8,7 MVt olan 12 ədəd porşen tipli aqreqatdan ibarət olan bu elektrik stansiyası 2009-cu ilin sentyabr ayında istifadəyə verilmişdir. İstehsal olunan elektrik enerjisinin enerjisistemə ötürülməsi üçün 110 kilovoltluq ikinci "Quba" hava xəttinin stansiyaya giriş-çıxışının təmin edilməsi məqsədilə iki kilometr uzunluğunda yeni xətt çəkilmişdir. Burada ümumi gücü 160 meqavolt-amper olan dörd ədəd transformator quraşdırılmışdır.{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında